İrəvanın xilası Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir
Ter-Petrosyan xalqının və ölkəsinin qurtuluşunun yeganə yolunu göstərdi
Regionda davamlı sülh və əməkdaşlıq əlaqələrinin formalaşması Azərbaycan üçün prioritet istiqamətlərdən birini təşkil edir. Rəsmi Bakının yanaşmasına əsasən, sülh müqaviləsinin imzalanması Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını da əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda tərəfdaş münasibətində olan dövlətlərə böyük fayda verəcək.
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da bunu etiraf etməyə başlayıb. O, ölkəsinin yaranmış ağır sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolunun Azərbaycanla normal münasibətlər qurmasından keçdiyini bildirib. O, çox keçməz ki, Ermənistan hakimiyyətinin Azərbaycanla sülh sazişini imzalayacağını bəyan edib.
Ter-Petrosyan İctimai televiziyaya müsahibəsində Ermənistanı çətin və ağrılı qərarların gözlədiyini bildirib, ölkəsinin Azərbaycan və Türkiyə ilə müqavilələrin imzalamasının zəruriliyini vurğulayıb. Keçmiş dövlət başçısı hesab edir ki, Ermənistanın prezidenti problemin həllində dövlət üçün ən az ağrılı variantı seçməkdə hazırkı baş nazirlə dialoqa başlamalıdır: "Paşinyan bu sənədi imzalamaqdan qorxur, çünki hansı sənədi imzalasa, ona yenə də satqın və türk adı veriləcək". Ter-Petrosyanın fikrincə, əgər birlikdə ən az ağrılı variant seçilsə, Paşinyana əl uzadılacaq: "Beləliklə, bu razılaşmaların məsuliyyətini öz üzərimizə götürəcəyik".
Sabiq prezident onu da vurğulayıb ki, dünyada sülh müqaviləsi olmayan iki qonşu dövlət yoxdur. O, bunun sülh müqaviləsi deyil, daha çox təslimçilik müqaviləsi olması ilə bağlı səsləndirilən iradlara belə cavab verib: "Bəli, bizdən daha güclü ölkələr təslim olub. Ermənistanın təslim olduğunu ilk dəfə mən demişəm. Bəli, bunun nə günahı var? Yaponiya təslim olmadımı? Özünü alçaltmadı ki… Burada nə var ki? Bu, bizim istəyimiz deyil, şərait belə yarandı. Hakimiyyətin səhvləri bu vəziyyətə gətirib çıxardı. Mən səhv etmişəmsə, bu istiqamətdə etməmişəm. Əksinə, mən demişəm ki, kapitulyasiya yeganə yoldur. Sülh müqaviləsi mütləq imzalanmalıdır".
Ermənistanda real vəziyyətin təhlili göstərir ki, burada cəmiyyətin böyük əksəriyyəti 30 il davam edən münaqişədən və müharibə xofundan həm fiziki, həm də mənəvi cəhətdən yorulub. Lakin Azərbaycanla münasibətlərin normallaşması, xüsusilə də danışıqların indiki mərhələsində hazırlanmalı olan sülh müqaviləsi Ermənistan müxalifətinin və onu xaricdən dəstəkləyən qüvvələrin, eləcə də dünya erməni diasporunun maraqlarına tamamilə ziddir.
Görünən odur ki, bu gün də Ermənistan müxalifəti və diasporu yenə erməniləri eyni uçuruma doğru aparır. Əvvəllər olduğu kimi, müharibədən sonrakı yeni reallıqlar şəraitində də bölgədə yaranmış sülh fürsətini erməni xalqının əlindən almağa cəhd göstərirlər. Bu qüvvələrə qarşı gedə bilməyən Ermənistan iqtidarının normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda anlaşılmaz mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi İrəvanın sülhə maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədini nümayiş etdirir.
Sonuncu Brüssel görüşündən sonra baş verənlər bir daha Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və İrəvanda revanşist meyillərin daha da gücləndiyini təsdiq edir. Ermənistanın niyyətindən asılı olmayaraq, Azərbaycan bölgədə sülhü təmin edəcək. Bunun üçün birtərəfli qaydada sərhədlər müəyyənləşdirilməli, Ermənistan ərazisində istifadə olunan atəş nöqtələri susdurulmalı, hətta təhlükəsizliyi təmin etmək üçün bufer zona da yaradılmalıdır.
Əgər rəsmi İrəvan ona verilən sülh təşəbbüslərini dəyərləndirmək əvəzinə hərbi avantüraya, revanşist təxribata əl atarsa, yenidən Azərbaycanın "dəmir yumruğu"nun başına dəyəcəyini görəcək.
Elçin CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət alb...
28 Mart
Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub ...
28 Mart
Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur ...
28 Mart
Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər
28 Mart
BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
28 Mart
Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub
28 Mart
Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər
28 Mart
RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir
28 Mart
DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan...
28 Mart
Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!