03 Noyabr 2024 08:30
539
SİYASƏT
A- A+
İrəvan təşvişdə: Ermənistanda böyük müharibə başlayacaq

İrəvan təşvişdə: Ermənistanda böyük müharibə başlayacaq


Ermənistanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdədir. Bütün bunların fonunda Moskva ilə İrəvan arasında vəziyyət daha da kritik hədd alıb. Yəni Ermənistanda anti-Rusiya ab-havası zaman keçdikcə daha da güclənir.  İrəvan düşdüyü vəziyyətə görə bir çox xarici dövlət, o cümlədən də əsas müttəfiqi olan Rusiyanı ittiham edir. Elə buna görədir ki, bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır.

Göründüyü qədərilə rəsmi İrəvan hərbi müttəfiqi Rusiyaya qarşı çıxaraq Qərbin verdiyi vədlərə güvənir.  Hər halda Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətdə konkret seçim etdiyi görünür.  

Erməni politoloq Stepan Danielyan deyib ki, Ermənistanın hazırkı hakimiyyətinin xarici siyasət kursu yoxdur. Onlar qərarları ani verirlər və bu, xaricdən diktə olunur. Bildirib ki, Ermənistan de-yure Avropa Birliyinə gedir, amma de-fakto artıq BRICS-dədir. Ermənistanın bütün iqtisadi layihələri BRICS-lə bağlıdır. Qonşuları da BRICS-lə əməkdaşlığa can atırlar. Lakin hökumətin fəlakətli səhvlərindən biri Rusiya qoşunlarını Ermənistan-Türkiyə sərhədindən çəkmək olacaq. Hələlik bu qərar verilməyib, amma hakimiyyət Rusiya qoşunlarının Ermənistandan mərhələli çıxarılması imkanlarını istisna etmir.

Danielyan iddia edir ki, Ankara Rusiya qoşunlarının Ermənistanda olmasına öz sərhədinin müdafiəsi kimi baxır, çünki PKK terrorçularının buradan ölkəyə girməyəcəyinə inanır: "Rus ordusunun gedişindən sonra Türkiyə Ermənistan ərazisində antiterror əməliyyatı keçirmək üçün legitim haqq əldə edəcək. Başqa sözlə, rus ordusu təkcə Ermənistanı Türkiyədən yox, həm də Türkiyəni PKK-dan qoruyur. Hazırda Qafqazda Rusiya, İran və Türkiyə arasında konsensus yaranır. Bu ölkələrdən birinin gedişi konsensusu pozacaq. Nəticədə ərazimizdə sözügedən ölkələr arasında böyük müharibə başlayacaq".

Digər erməni politoloq Robert Qevondyan isə qeyd edib ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçilməsi Ermənistanın maraqlarına uyğun deyil. Bildirib ki, Tramp artıq bəyan edib ki, seçiləcəyi təqdirdə Cənubi Qafqaz prioritet olmayacaq, Ukrayna isə sülh naminə Rusiyaya güzəşt etməlidir.

Qevondyanın fikrincə, Tramp iqtisadi amili geosiyasi məqsədlərdən öndə tutur: "Trampın konkret siyasəti iqtisadiyyatla bağlıdır, yəni hər hansı bir regionda iqtisadi imkanlar, çoxlu pul qazanmaq şansları olmasa, bunlar ABŞ-ni maraqlandırmayacaq. Bunu 2020-ci ildə baş verən 44 günlük müharibədə də gördük, ABŞ Cənubi Qafqazı unutmuşdu. Tramp seçilərsə, bu, Ermənistan üçün ciddi problem olacaq. Əlbəttə, heç kim Kamala Harsisin seçiləcəyi təqdirdə Ermənistanın uğur qazanacağını söyləmir, amma o, bizim üçün faydalı ola bilər, bu halda Amerika regionu tərk etməyəcək. Tramp seçilsə, ABŞ-ni regiondan dərhal uzaqlaşdıracaq".


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

00:24
07 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:23
07 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:22
07 Dekabr

“Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında

00:21
07 Dekabr

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 may tarixli 114 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:19
07 Dekabr

Azercell korporativ abunəçilərin nəzərinə

00:18
07 Dekabr

Azercell korporativ abunəçilərin nəzərinə

00:17
07 Dekabr

Asim Xudiyev UEFA-dan təyinat alıb

23:13
06 Dekabr

Makron "ortaq maraqlar höküməti" qurmağa ümid edir

23:11
06 Dekabr

KXDR parlamenti ölkə Konstitusiyasına dəyişiklikləri müzakirə edəcək

23:11
06 Dekabr

Türkiyə əcnəbi tələbələrin sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır

23:10
06 Dekabr

Dünyanın ən sürətli 2 qramlıq robotu

23:09
06 Dekabr

Qazaxıstan əhalisinin sayı 20 243 981 nəfərə çatıb

23:07
06 Dekabr

Olimpiya mükafatçımız 2024-cü ili reytinqdə ikinci pillədə başa vurdu

23:05
06 Dekabr

Dünyanın ən böyük VI avtomobil istehsalçısı “BYD” olub

23:04
06 Dekabr

Taekvondoçular ilin son yarışında bir araya gələcəklər

23:02
06 Dekabr

Klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib

23:01
06 Dekabr

Minlərlə il çalışa bilən batareya hazırlanıb

22:58
06 Dekabr

Cənubi Koreya prezidentinin reytinqi 13 faizə düşüb

22:46
06 Dekabr

“Dualı Sultan köynəkləri” sərgisinin açılışı olub

22:43
06 Dekabr

Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

22:40
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!