05 Noyabr 2024 09:00
3574
Səhiyyə
A- A+
İqlim dəyişikliyi sağlamlığımızı da təhdid edir

İqlim dəyişikliyi sağlamlığımızı da təhdid edir


Bu gün planetimizin üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişmələri nəticəsində baş verən qlobal istiləşmə və onun yaratdığı fəsadlardır. Son bir neçə yüzillikdə baş vermiş sənaye inqilabı nəticəsində havaya atılan istixana qazlarının miqdarı artıb. Nəticədə havanın keyfiyyətinin aşağı düşməsi insanların səhhətinə təsirsiz ötüşməyib.

Dünyada sürətlə dəyişən iqlim insan sağlamlığına birbaşa və ya dolayı yolla təsir edir. Birbaşa təsirlər isti hava dalğalarını, dəniz səviyyəsinin yüksəlməsini, yağıntı səbəbindən yaranan su basqınlarını, quraqlığı və bu kimi təbii fəlakətlər fonunda yaralanmaları, xəstəlikləri və ölümləri əhatə edir. Dolayı təsirlər isə mühitdəki dəyişikliklər vasitəsilə baş verir. Yağışın, fırtınanın, habelə dəniz temperaturunun artması daha çox su ilə əlaqədar xəstəliklərə yol açır.

"Lancet Countdown" jurnalının iqlim dəyişikliyi və sağlamlığa dair illik hesabatına əsasən, iqlim dəyişikliyinin yaratdığı təhlükələr rekord həddə çatıb. "Lancet Countdown" layihəsi Paris Sazişinin qüvvəyə mindiyi ildə yaradılıb. Onun məqsədi iqlim dəyişikliyinin insan sağlamlığına qlobal, regional və milli səviyyədə təsirini hər il təhlil etməkdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Meteorologiya Təşkilatı da daxil olmaqla 57 akademik qurum və 122 tədqiqatçı tərəfindən hazırlanan 2024-cü il hesabatında 8 illik monitorinq dövründə ən narahatedici nəticələr təqdim edilib.  Məlum olub ki, iqlim dəyişikliyi ilə bağlı sağlamlıq risklərini izləyən 15 göstəricidən 10-u narahatlıq doğuran yeni rekord göstəricilərə çatıb.

Məlumatlar iqlimin sürətlə dəyişməsi səbəbindən insan rifahı, sağlamlığı və həyatı üçün böyük təhlükələrin olduğunu göstərir. 2023-cü il dünyada daimi quraqlıqlar, ölümcül isti hava dalğaları, meşə yanğınları, tufanlar və daşqınlar ilə insanların sağlamlığına, həyatına və yaşayış vasitələrinə dağıdıcı təsir göstərib. Quraqlıq və toz fırtınaları kimi ekstremal təbii fəlakətlər getdikcə intensivləşir və milyonlarla insanın həyatını təhlükə altına alır.

Yüksək temperatur xüsusilə yaşlı insanlara və xroniki xəstəliyi olanlara mənfi təsir edir. Belə ki, 65 yaşdan yuxarı insanlar arasında istidən ölüm halları 1990-cı illərlə müqayisədə rekord səviyyədə artaraq 167 faizə çatıb. Bundan başqa, isti hava fiziki aktivliyə və yuxunun keyfiyyətinə də mənfi təsir göstərir. Bu da öz növbəsində fiziki və psixi sağlamlıqda problemlər yaradır. 2019-2023-cü illər arasında ekstremal hava hadisələri nəticəsində iqtisadi itkilərin ümumi illik dəyəri 227 milyard dollara çatıb.

Son 10 ildə dünyanın quru ərazisinin 61 faizində 1961-1990-cı illərin orta göstəricisi ilə müqayisədə ekstremal yağıntılı günlərin sayı artıb. Bu isə daşqın, sel,  yoluxucu xəstəlik və suyun çirklənməsinə səbəb olub. Paralel olaraq, müxtəlif regionlarda baş verən quraqlıqlar nəticəsində 2022-ci ildə 124 ölkədə 151 milyondan çox insan ciddi qida çatışmazlığı ilə üzləşib. Mütəxəssislər bunun indiyədək qeydə alınmış ən yüksək göstərici olduğunu qeyd edirlər. 2030-cu və 2050-ci illər arasında iqlim dəyişikliyinin fəsadları insanlar üçün qida çatışmazlığından, malariya, ishal və isti stresdən əlavə, hər il təxminən 250 min insanın ölümünə səbəb ola bilər.

Temperaturun yüksəlməsi və yağıntıların artması ölümcül yoluxucu xəstəliklərin geniş yayılmasına şərait yaradıb.  Ötən il 80-dən çox ölkədə 5 milyondan çox danq xəstəliyi (tropik və subtropik bölgələrdə geniş yayılmış virus infeksiyası) qeydə alınıb ki, bu da ən yüksək göstəricidir. Yüksək temperatur, baş-bel ağrıları və qan dövranının pozulması ilə müşayiət olunan bu xəstəliyin təxminən 4,1 milyonu və ya 80 faizi Amerika bölgəsinin payına düşür.

Araşdırmalar da göstərir ki, antropogen təsirlər nəticəsində daha da genişlənən iqlim dəyişmələrinin fəsadları ən çox planetin sakinlərinə təsir edir. Elə buna görə də hər kəs məsuliyyətini dərk edərək qlobal istiləşmənin təsirlərinin minimuma endirilməsinə çalışmalıdır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan məişət avadanlıqlarının və mərkəzləşdirilmiş kondisioner sistemlərinə illik texniki xidmətlərin satın alınması məqsədilə müsabiqə elan edir

01:21
13 Dekabr

ADA Universiteti Qazax Mərkəzində Ümummilli Liderin xatirəsi yad edilib  

23:29
12 Dekabr

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

23:27
12 Dekabr

SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

23:25
12 Dekabr

İtaliya qəzeti Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib  

23:23
12 Dekabr

Makron cümə günü Fransanın baş nazirini təyin etməyi planlaşdırır

23:21
12 Dekabr

18 yaşlı Qukeş Dommaracu şahmat üzrə 18-ci dünya çempionudur 

22:56
12 Dekabr

“Time” jurnalı Donald Trampı 2024-cü ilin adamı seçib

22:27
12 Dekabr

Europol: RKK Avropada narkotik və insan alveri ilə məşğuldur

21:36
12 Dekabr

Bu gün Avropa Liqasında VI turun oyunları keçiriləcək

21:13
12 Dekabr

Türkiyənin İqdır şəhərində Heydər Əliyevin xatirəsi anılıb

20:09
12 Dekabr

Xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

19:37
12 Dekabr

Qərbi Azərbaycan İcmasının ilk xarici ofisi qardaş Türkiyədə açılıb

19:14
12 Dekabr

Ağdamda Ulu Öndərin xatirəsi ehtiramla yad edilib

19:11
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub

18:55
12 Dekabr

Praqada Ulu Öndərin xatirəsi anılıb

18:43
12 Dekabr

Qərb bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

18:41
12 Dekabr

Naxçıvanda Ümummilli Liderin xatirəsinə ağacəkmə aksiyası keçirilib

18:39
12 Dekabr

Kişineuda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

18:13
12 Dekabr

DSX-nin Aparatında Ulu Öndərin xatirəsi anılıb

17:56
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:55
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!