18 Yanvar 2025 14:23
603
DÜNYA
A- A+
“iPhone”da “Face ID” dəyişikliyi

“iPhone”da “Face ID” dəyişikliyi

“Apple”ın əldə etdiyi patentə əsasən, şirkət “iPhone” ekranlarındakı “Dynamic Island” çıxıntısının ölçüsünü maksimal dərəcədə kiçiltmək istəyir. Belə ki, “Face ID” texnologiyasının ekranın alt hissəsinə yerləşdirilməsinə hədəflənib.

İdeyanın reallaşdırılmasında əsas problem ondan ibarətdir ki, infraqırmızı şüalanma ekran daxilindən pis keçiriciliyə sahibdir. Bu öz növbəsində üz skanı prosesini ləngidir və “Face ID” sensorunun dəqiq şəkildə çalışmamasına səbəb olur. Daha öncə “Apple” bu problemi ekranın müəyyən sahəsindəki piksellərin deaktiv edilməsi vasitəsilə aradan qaldırmağa çalışırdı. Lakin yeni patentdə daha sadə üsul əks olunub. Yeni üsul çərçivəsində ekran matrisasındakı müəyyən subpiksellərin aradan qaldırılması nəzərdə tutulub. Bu öz növbəsində ekranın “Face ID” skanerinin yerləşdirilmiş olduğu hissəsində ekran keçiriciliyini yaxşılaşdıracaq.

Yeni texnologiya bu ilin ikinci yarısında təqdim ediləcək “iPhone 17” smartfon seriyasında istifadə edilə bilər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!