13 Avqust 2022 02:00
637
İQTİSADİYYAT
A- A+

İnzibati rayon kimi yaşı 92 olsa da...

 

Tovuzun inzibati rayon kimi yaradılmasından 92 il ötür. Bu illər ərzində rayon  müasir, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl diyara çevrilmişdir.

Şərəfli keçmişə malik və babaların  hünərinə şahidlik etmiş qədim Tovuz əzəli yurd yerlərimizdəndir. Yaşı 8 min ildən çox olan Göytəpə arxeoloji abidə tariximizin ululuğundan xəbər verir. Beynəlxalq  səviyyədə elmi cəhətdən təsdiq olunmuşdur ki, Tovuzdakı bu protoşəhər Qafqazda  ən qədim nümunələrdəndir.

Tovuzlular  bu torpağın qəhrəmanlıq tarixini həmişə uca tutmuşlar. Rayonda gənclərin vətənpərvərlik tərbiyəsinə həmişə həssaslıqla yanaşılmışdır. Səmərəsi Qarabağ uğrunda gedən döyüşlərdə bir daha özünü göstərmişdir. 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan tərəfindən Tovuz rayonu istiqamətində törədilən təxribatların qarşısının alınmasında qüdrətli ordumuzla möhtəşəm birlik nümayiş etdirən tovuzlular bu dəfə də tarixin sınağından alnıaçıq, üzüağ çıxmışlar.

Ötən 92 ildə Tovuz rayonu sürətli inkişaf yolu keçmişdir. Həmin yolun ən şərəfli hissəsi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Ulu Öndər dəfələrlə Tovuzda olmuş, rayonun hərtərəfli inkişafı üçün əməli tədbirlər görmüşdür. Son illər Tovuza tez-tez səfər edən Prezident İlham Əliyev isə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 28 sərəncam imzalamışdır.

Tovuz gündən-günə inkişaf edir, rayonda yeni-yeni layihələr icra olunur, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir, əhalinin güzəranı durmadan yaxşılaşır. Odur ki, tovuzlular ölkədə həyata keçirilən siyasi kursu Azərbaycanı xoşbəxt gələcəyə aparan yeganə yol kimi görür və həmişə bu siyasətə sadiq qaldıqlarını nümayiş etdirirlər.

 

S.ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video