İnnovativ gələcəyə aparan "TEKNOFEST"
Azərbaycan Dördüncü Sənaye İnqilabına dəstəyinin daha bir nümunəsini reallaşdırır
Dünən Azərbaycanda "Teknofest" festivalına start verildi. İlk dəfədir ki, Azərbaycanda keçirilən bu festival mayın 29-na qədər davam edəcək.
2018-ci ildən Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayrakdarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" - T3 Vəqfinin təşkilatçılığı ilə keçirilən festivala Azərbaycan ikinci dəfədir ki, qatılır və bu dəfə ev sahibi qismində…
Dünyanın gözü Azərbaycandadır
"Teknofest Azərbaycan" çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, "Smart Qarabağ" Hakatonu, "Baku skills", "Yaşıl" texnologiyalar, "Pilotsuz uçuş aparatları", "Planer", "Robotexnika", "Rocket League" video oyunu üzrə Avropa çempionatı müsabiqələri , eyni zamanda "Take Off Baku" beynəlxalq startap sammiti təşkil olunur.
Festival çərçivəsində Azərbaycan startapları da daxil olmaqla xarici yeniliklərin təqdim olunacağı "Take Off Baku" sammitinin keçirilməsində əsas məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir. Sammit Azərbaycanı regionun yeni və cəlbedici innovativ məkanı kimi beynəlxalq ictimaiyyətə daha yaxından tanıdacaq.
"Teknofest-2022"nin Azərbaycanda keçirilməsi iki ölkə arasındakı qardaşlığın, müttəfiqliyin bariz nümunəsidir. Festival müxtəlif müsabiqələr, sərgilər, mədəni proqramlarla əyləncəni özündə ehtiva etməklə yanaşı, iki ölkə arasında aviasiya, kosmos və texnologiya sahəsində əlaqələri möhkəmləndirir, bu sahədə fəaliyyət göstərən təşkilatların, qurumların əməkdaşlığı üçün şərait yaradır.
Ölkəmizin evsahibliyi etdiyi bu festivalın Azərbaycana qazandıracağı dividendləri dəyərləndirən siyasi ekspertlər hesab edirlər ki, bu gün dünyanın gözü yenə Bakıdadır və bu tədbir ölkəmiz üçün olduqca böyük əhəmiyyətə malikdir.
Festival hərbi iqtisadiyyatımızın güclənməsinə böyük kömək olacaq
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli qəzetimizə açıqlamasında deyib ki, paytaxtda keçirilən "Teknofest" festivalı dəyərli bir hadisədir.
Deputat qeyd edir ki, bu festival ilk dəfə olaraq Türkiyədən kənarda -Azərbaycanda keçirilir. Festivaldan əvvəl "Bayraktar Akıncı" pilotsuz uçuş aparatlarının iki min kilometrlik məsafəni qət edərək Bakıya enməsinin də rəmzi mənası var. Bu onu göstərir ki, Türkiyə daim Azərbaycanla birlikdə olacaq: "Selçuk Bayrakdar da müsahibəsində dedi ki, belə texnologiyalara nail olmasaq, bunları öyrənməsək, müstəqilliyimiz daim təhlükə altında qala bilər. O qeyd etdi ki, bu festivalda texnologiyalara toxunan uşaqlar gələcəkdə həmin vasitələri idarə edə biləcəklər. Bu, çox gözəl mesajdı, yəni Azərbaycan-Türkiyə qardaşlığı inkişaf edir, bu, həm də gənclərimizi əhatə edir".
Tahir Kərimli deyir ki, 4 gün davam edəcək festival dünya ölkələrinin diqqətini Azərbaycana çəkib. Hazırda Azərbaycanda hərbi sənaye getdikcə inkişaf edir. Azərbaycanın Türkiyə, İsrail və digər dövlətlərlə bu sahədə əməkdaşlığı var. Bu festival hərbi iqtisadiyyatımızın güclənməsinə böyük kömək olacaq.
Deputat vurğulayır ki, Azərbaycanda hərbi texnikanın istehsalı getdikcə artmağa başlayır. Bu, həm Azərbaycanda hərbi sahənin möhkəmlənməsinə, həm də ixrac nəticəsində gəlir əldə etməyə imkan yaradır.
"Teknofest" innovativ iqtisadiyyat üçün yeni imkanlar yaradacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da festivalın əhəmiyyətini dəyərləndirərək deyir ki, Azərbaycan regionda Dördüncü Sənaye İnqilabına dəstək verən ölkələrdəndir. Davos Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə mərkəzi məhz Bakıda yaradılıb. Bu da ondan xəbər verir ki, innovasiya, eləcə də texnologiyanın transferi Azərbaycan üçün prioritetdir və bu istiqamətdə ölkəmiz fəaliyyətini genişləndirir.
Deputat qeyd edir ki, "Teknofest-2022"nin ölkəmizdə keçirilməsi Azərbaycana olan xüsusi diqqətdir. Festival xüsusən texnologiya sahəsində kifayət qədər nüfuzu olan tədbirdir. Çoxlu virtual və yerində izləyicilərin olduğunu nəzərə alaraq tədbir Azərbaycanın innovativ və texnoloji ölkə olduğunu təqdim etməsi baxımından da vacibdir. Eyni zamanda Azərbaycan şirkətləri, startapçıları üçün həm tanışlıq, həm də potensiallarını göstərmək baxımından böyük əhəmiyyət kəsb edir.
"Teknofest"in Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatı, xüsusən innovativ iqtisadiyyat üçün yeni imkanlar yaradacaq. Bu imkanlar nəticə etibarilə Azərbaycanın real sektoruna, həm texnoloji transferinə xüsusi töhfə verəcək. Buna görə festival yalnız texnoloji deyil, həmçinin Azərbaycan iqtisadiyyatının təqdimatı üçün vacib tədbirlərdən hesab olunur.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
20 Aprel
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan...
20 Aprel
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respubli...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq ed...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edil...
20 Aprel
"Səba" ASC-nin səhmdarlarının nəzərinə!
20 Aprel
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
20 Aprel
Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri ke...
20 Aprel
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!