İnkişaf strategiyasının mərkəzində aşkarlıq və şəffaflıq dayanır
Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılır
Bir neçə gün əvvəl Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətlərinin yeni təyin olunmuş başçılarını qəbul edən Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı oldu.
"Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır", - deyə dövlət başçısı bildirdi.
Effektiv mübarizənin nəticələri
Dünyada ciddi problem kimi özünü göstərən korrupsiya inkişafa və rifaha maneçilik törədən faktordur. Təsadüfi deyil ki, inkişaf səviyyəsindən asılı olmayaraq hər bir sivil ölkə cəmiyyətin yüksəlişinə süni əngəllər yaradan probemlərin aradan qaldırılmasına çalışır, o cümlədən korrupsiya ilə mübarizə aparır. Amma korrupsiyaya qarşı mübarizədən yalnız o halda danışmaq olar ki, dövlət öz siyasi iradəsini ortaya qoysun və korrupsiyanın qarşısını almaq üçün cəmiyyətin bütün səviyyələrində onunla qətiyyətlə mübarizə aparsın. Əgər belə olmazsa, heç bir dövlət cəmiyyətinin korrupsiyadan təmizlədiyini iddia edə bilməz.
Azərbaycanda bərqərar olmuş demokratik dəyərlər, cəmiyyətdə qanunçuluğun, şəffaflığın, ədalət prinsiplərinin təmin olunması sistemli şəkildə həyata keçirilən islahatların da effektivliyini artırır, onların daha səmərəli olmasına xidmət edir. Nəticə etibarilə bütün bunlar respublikamızın inkişaf strategiyasında qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetirilməsi ilə müşayiət olunur. Bu yolda cəmiyyət həyatını narahat edən problemlərin aradan qaldırılması, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı səmərəli mübarizə mühüm əhəmiyyət kəsb edir.
Respublikamızda korrupsiyaya qarşı mübarizə inkişaf strategiyasının mühüm hissəsini təşkil edir, aşkarlıq və şəffaflıq prinsipləri dövlət siyasətinin mərkəzində dayanır. Dövlət-vətəndaş münasibətlərində şəffaflıq prinsipinin qorunması, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin genişləndirilməsi istiqamətində son illər həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edir.
Respublikamızda "Korupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)", "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı", "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı", "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı", "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı" icra olunub.
Prezident İlham Əliyev bu il aprelin 4-də imzaladığı sərəncamla "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nı təsdiq edib. 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsində məqsəd dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsidir.
Bütün bunlar dövlətin koorrupsiya ilə mübarizədə yüksək iradəsinin təcəssümüdür. Ümumiyyətlə, reallıq və görülən işlər korrupsiyaya qarşı effektiv mübarizə aparıldığını, o cümlədən mütərəqqi institusional tədbirlərin həyata keçirildiyini göstərir.
Əyri yolla gedənlər əməllərinin cəzasını çəkirlər
Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmayan, ona göstərilmiş etimaddan öz maraqları və tamahı üçün sui-istifadə edən məmurlara da rast gəlinib. Belə məmurlar aparılan islahatlara kölgə salmaqla yanaşı, ölkəmizdə ümummilli hadisəyə çevrilmiş koronavirusla mübarizə zamanı da üzərlərinə düşən vəzifələrin məsuliyyətini anlamayaraq, bu prosesdən öz maraqları üçün istifadə edirlər. Ötən dövrdə bir neçə rayonun icra başçısının əməlləri göstərdi ki, bu adamlar yol verdikləri korrupsiya hərəkətləri ilə tək onlara bəslənən etimada deyil, Prezidentə və xalqa da xəyanət ediblər. Əyri yollarla gedən həmin adamlar indi öz çirkin əməllərinin cəzasını çəkirlər.
Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını qəbul edərkən bir daha bu barədə xəbərdarlıq etdi: "Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var - təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın".
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verir. Korrupsiyaya, rüşvətxorluğa və xəbərdarlıqlardan nəticə çıxarmayan məmurlara qarşı bundan sonra da sərt mübarizə aparılacaq. Odur ki, hər bir məmur ona həvalə olunan vəzifəni layiqincə və şərəflə icra etməli, öz əməlləri ilə etimadı doğrultmalıdırlar.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır
19 Aprel
Hərbi əməliyyatlara fasilə verməyəcəyik - Lavrovdan AÇIQLAMA
19 Aprel
İsrail-İran münaqişəsinə görə təcili iclas çağırıldı
19 Aprel
Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19 Aprel
Maduro: ABŞ-nin sanksiyalarına baxmayaraq neft sənayemiz inkişaf edəcək
19 Aprel
Donald Tramp: Ukraynaya dəstək artırılmalıdır
19 Aprel
Yens Andersson: Məşqçinin bəyəndiyi oyunçuları almaq lazımdır
19 Aprel
Qazaxıstan və Qırğızıstan prezidentləri razılığa gəldilər
19 Aprel
İsrail Suriyanı bombaladı
19 Aprel
Konfrans Liqası: "Fənərbağça" mübarizəni dayandırıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!