İnkişaf abadlıqdan başlayır
İndi Goranboy hər kəsi tamamilə yeni görkəmdə qarşılayır. Aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri, reallaşdırılan yeni infrastruktur layihələri, yenidən qurulan avtomobil yolları və digər tədbirlər rayonun simasını günbəgün dəyişir.
Rayon mərkəzində salınan yeni istirahət parklarında, yaşayış massivlərində sakinlərin rahatlığı üçün yaradılan şərait rayona gələn qonaqların da zövqünü oxşayır.
Abadlıq və yenidənqurma işləri bir gün də səngimir. İlk növbədə küçə və meydanlar yenidən qurulur, çoxmənzilli yaşayış binaları təmir olunur. Artıq bir çox küçəyə 15150 kvadratmetr asfalt örtüyü döşənmiş, 5720 metr səki yan daşları düzülmüş, 11675 kvadratmetr səki asfaltlanmışdır. Küçələrə 210 led lampa quraşdırılmış, məişət tullantılarının toplanması üçün 80 qutu qoyulmuşdur.
Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan, eləcə də 44 günlük Vətən müharibəsində döyüşərək yaralanan hər bir goranboyluya rayonda böyük hörmət və ehtiram var. Hazırda Goranboy Şəhidlər Xatirə Kompleksində yeni layihə əsasında yenidənqurma işləri aparılır. Kompleksin 26 İyun Silahlı Qüvvələr Günündə açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
Yeri gəlmişkən qeyd edək ki, Xan Qərvənd kəndində vaxtilə inşa edilmiş xatirə kompleksinin xüsusi layihə əsasında müasir memarlıq üslubunda yenidən qurulması üçün hazırlıq işləri görülür. Rayon mərkəzində şəhid ailələri və digər imtiyazlı ailələr üçün inşa edilmiş 16 mənzilli yaşayış binasında fərdi qaydada kombi sisteminin çəkilişi isə başa çatmışdır. Eyni zamanda şəhərin yaşıllaşdırılması istiqamətində işlər davam edir. Təkcə son aylar şəhər ərazisində 3 mindən çox qızılgül kolu əkilmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!