30 Noyabr 2022 15:52
342
CƏMİYYƏT
A- A+

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası olub

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində noyabrın 29-da İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan Komissiyanın sədri İlqar Musayev dünyada və regionda ümumi gərginliklər, müharibələr fonunda informasiya təhlükəsizliyinin rolunu və əhəmiyyətini xüsusi vurğulayaraq dövlət qurumlarına olan kiberhücumların aidiyyəti qurumlarla birgə daima nəzarətdə saxlanıldığını, onların analiz edildiyini və qarşısının alınması üçün tədbirlər görüldüyünü qeyd edib.

Daha sonra Koordinasiya Komissiyasında informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan bir sıra təkliflər; milli kriptoqrafik alqoritmin yaradılması, habelə bu sahədə milli kadrların hazırlanması mexanizmləri, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması və onlardan hərbi xidmət müddətində sahə üzrə effektiv istifadə imkanları və mexanizmlərinin araşdırılması, eləcə də informasiya texnologiyaları sahəsində yeniyetmələr üçün təlim-tədris mərkəzlərin inkişaf etdirilməsi, riyazi-kripto analitika və proqram mühəndisliyi ixtisasları üzrə təhsil proqramlarının yenidən işlənilməsi, yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktiv edilməsi, bir sıra şirkətlərin telekommunikasiya həllərinin istismarının informasiya təhlükəsizliyinə təhdid kimi müxtəlif ölkələrdə məhdudiyyətlərin gətirilməsi faktlarını nəzərə alaraq Azərbaycanın kritik informasiya infrastrukturlarında belə şirkət həllərinin mövcud vəziyyəti və yaratdığı mümkün təhdidlərin qiymətləndirilməsi, dövlət qurumlarında informasiya təhlükəsizliyi biliklərinin artırılması üçün həyata keçirilən “Kibergigiyena” layihəsinin tətbiq sahəsinin genişləndirilməsi, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin “Kibercinayətkarlıq haqqında” beynəlxalq tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi, bir sıra elektron informasiya ehtiyatında “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması halları, BMT hesabatında Azərbaycanın mövqeyinin zəifləmə səbəbləri və müvafiq göstəricilərin inkişaf etdirilməsi, uşaqların zərərli informasiyadan qorunması məqsədi ilə provayderlərdə “təhlükəsiz internet” paketlərinin formalaşdırılmasının vacibliyi və təşviqi, informasiya texnologiyalarının tətbiqi ilə bağlı texniki şərtlərin hazırlanması, layihələrin, işlərin icrası, təhvil-təslimi üçün qəbul aktlarının nümunəvi formalarının hazırlanması, o cümlədən bir sıra xüsusi əhəmiyyətli informasiya təhlükəsizliyi məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Yuxarıda qeyd olunan məsələlərə həsr olunan müzakirələrdə komissiya üzvləri rəy və təkliflərlə çıxış ediblər.

Sonda Komissiyanın sədri bütün iclas iştirakçılarına müzakirələrdə aktiv iştirakına görə təşəkkür edib və müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, birgə layihələrin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi üçün müvafiq istiqamətlər üzrə işçi qrupların yaradılmasının vacibliyini bildirib. İnformasiya təhlükəsizliyi sahəsində qarşıda duran həllini gözləyən məsələlərin çoxluğunu nəzərə alaraq belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video