07 Dekabr 2021 11:44
603
DÜNYA
A- A+

İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

 

İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı azı 22 nəfərə çatıb. Daha 20 nəfərin itkin düşdüyü bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinin nümayəndəsi məlumat verib.

“Xilasedicilər əməliyyat zamanı daha bir neçə cəsəd aşkar ediblər və beləliklə ölənlərin sayı 22-yə çatıb”, - deyə agentliyin nümayəndəsi bildirib. O, həmçinin ölənlərdən beşinin şəxsiyyətinin müəyyən edilmədiyini də deyib.

Bu ərəfədə agentliyin nümayəndələri dekabrın 4-də baş verən vulkan püskürməsi nəticəsində yerli sakinlərdən 27-sinin itkin düşdüyünü bildirmişdilər. Həmçinin 50 nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı qeyd edilirdi.

İndoneziya hökuməti təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün hazırda həm yerli, həm də qonşuluqda yerləşən əyalətlərin imkanlarından istifadə etməyə çalışır. Əraziyə elektrik enerjisinin verilməsi üçün də işlərə başlanılıb.

Dekabrın 7-də İndoneziya Prezidenti Coko Vidodonun zərərçəkmiş ərazilərə səfər edəcəyi və yerli sakinlərlə görüşəcəyi də bildirilir.

Əlavə olaraq qeyd edək ki, Semeru Yava adasında yerləşən ən hündür yüksəklikdir və ölkə ərazisində yerləşən təqribən 130 vulkanın ən fəalı hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video