01 Dekabr 2021 00:51
494
İQTİSADİYYAT
A- A+

İməciliklərdə 13 mindən çox ağac və kol əkilib

 

Ötən həftə muxtar respublikada keçirilmiş iməciliklərdə 13 mindən artıq meşə, meyvə ağacı, gül və bəzək, üzüm kolları əkilib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərində Uzunoba Su Anbarının kənarındakı 1 hektarlıq yeni bağda 650 meyvə, yaxınlıqdakı 2 hektarlıq ərazidə isə bərpa məqsədilə 800 meyvə və 100 meşə ağacı, Naxçıvan-Sədərək magistral yolunun kənarlarındakı yaşıllıq sahələrində bərpa məqsədilə 80 meyvə, 370 meşə, 70 həmişəyaşıl ağac, Naxçıvan şəhərindəki digər iməcilik ərazilərində, ümumilikdə 100 meyvə, 20 həmişəyaşıl ağac və 440 gül kolu əkilib, ahıl vətəndaşın evində təmizlik işləri aparılıb. Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarlarında 2000 meşə ağacı, Çərçiboğan kəndindəki yeni tikilmiş sosial obyektlərin ətrafındakı 1 hektarlıq bağda 380 meyvə, Yuxarı Daşarx kəndindəki 5 hektarlıq bağda isə bərpa məqsədilə 300 meyvə ağacı əkilib.

Babək rayonunun Nehrəm-Çeşməbasar yolundakı iməcilik ərazilərində bərpa məqsədilə 500 meşə, Güznüt kəndində isə 700 meyvə ağacı, Naxçıvan-Ordubad magistral yolunun kənarlarında 400 həmişəyaşıl ağac, 2 hektara yaxın ərazidə isə bərpa məqsədilə ümumilikdə 700 meyvə ağacı əkilib. Culfa rayonunda Darıdağ Arsenli Su Müalicəxanasına gedən yolun kənarlarındakı 0,4 hektarlıq ərazidə 400 meşə ağacı, 0,3 hektarlıq ərazidə isə 300 üzüm tingi torpağa basdırılıb.

Kəngərli rayonunun Qıvraq-Püsyan avtomobil yolunun kənarlarındakı 7 hektarlıq ərazidə bərpa məqsədilə 1200 meyvə və 300 meşə ağacı, Şahbuz rayonunun Sələsüz kəndindəki 0,7 hektarlıq yeni salınmış bağda 550 meyvə ağacı və 700 üzüm tingi, Heydər Əliyev Su Anbarının yaxınlığındakı 0,8 hektarlıq ərazidə bərpa məqsədilə 250 meyvə ağacı, Sədərək rayonunun Heydərabad qəsəbəsindəki 3 hektarlıq bağda isə bərpa məqsədilə 1700 meyvə ağacı əkilib.

İməciliklərdə yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də diqqətdə saxlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video