30 Noyabr 2021 00:49
654
Elm və texnika
A- A+

İlk lampalar nə vaxt meydana çıxıb

 

Qaranlıq dünyamızı aydınladan çıraq yaşamımızın əvəzolunmazları sırasında ilk pillələrdə yer alır. Yəqin ki, anidən işıqsız qalanda yaranan təlaş və səbirsizlikdən daha yaxşı dərk edilir ki, işıqsız keçən dəqiqələr nə qədər solğun və mənasızdır. Bu kimi önəmli faktorlar bir daha işığın meydana çıxdığı dövrlərə və onun üzərində edilən inkişafa duyulan rəğbət hissini xatırladır.

İlk lampalar təxminən eramızdan 70 min il əvvəl icad edilib. Bu çağların ibtidai lampaları boş qabların içərisinə heyvan yağları ilə isladılmış mamırları daxil etməklə yandırılıb. Sonralar yanma sürətini idarə etmək üçün fitillərdən istifadə edilib.

18-ci əsrdə yanacaq mənbəyini təşkil edən mərkəzi ocaq hissə metal altlıq şəklində hazırlandı. İşığın intensivliyini idarə etmək üçün lampalara kiçik şüşə bacalar əlavə edildi. İsveçli kimyaçı Ami Arqand 1783-cü ildə şüşə baca ilə əhatə olunmuş içi boş dairəvi fitilli neft lampasından istifadə prinsipini ilk dəfə inkişaf etdirdi. Həmin vaxtlarda zeytun yağı, arı mumu, balıq, küncüt, qoz yağı və bu kimi maddələr lampalara yanacaq kimi əlavə edilirdi.

Qaz və neft lampaları isə bu sahədə daha böyük irəliləyişə səbəb olub. Hətta bunlardan küçələrin işıqlandırılmasında da istifadə edilib. Ser Cozef Swann və Tomas Edisonun 1870-ci illərdə yaratdıqları elektrikli közərmə lampalar kommersiya cəhətdən digərlərindən ən uğurlusu hesab edilib.

Məşhur inancın əksinə olaraq ilk ampulu Tomas Edison yox, Henri Vudvord və Metyu Evan ixtira ediblər. Lakin onların bu icadlarını kommersiyalaşdırmaq üçün maliyyə vəsaiti olmadığı üçün ideyanı T.Edison təkmilləşdirərək patent hüququnu alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video