21 Yanvar 2022 19:47
859
SİYASƏT
A- A+

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 115-ci kitabı çapdan çıxıb

 

İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetiribdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 115-ci kitabında yer alan bu fikirlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısındakı çıxışından götürülüb.

Çoxcildliyin bu kitabındakı materiallar 2021-ci ilin oktyabr-noyabr aylarını əhatə edir.

Yeni kitaba dövlətimizin başçısının işğaldan azad edilmiş Füzuli, Zəngilan, Qubadlı rayonlarına səfərlərinə, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Zəfər Günü münasibətilə hərbçilərlə görüşünə dair materiallar daxil olunub.

Prezident İlham Əliyev Füzuliyə səfər çərçivəsində Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Dövlətyarlı kəndində yeni “Ağıllı kənd”in, “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, eyni zamanda, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Kitabda bununla bağlı informasiyalarla, həmçinin digər tədbirlər haqqında materiallarla tanış olmaq mümkündür.

Yeni nəşrə Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanışlığı, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirakı haqqında materiallar, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışının mətni daxil edilib.

Oxucular dövlətimizin başçısının Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirakı, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü barədə materiallarla da yeni kitabda tanış ola bilərlər.

Yeni nəşrdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycana rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı, o cümlədən Zəngəzur dəhlizinin Horadiz-Cəbrayıl-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimi barədə materiallar da yer alıb.

“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 115-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video