11 Yanvar 2022 01:12
1552
SİYASƏT

İLAHİ ƏDALƏT

 

İlham Əliyevin “dəmir yumruğ”u ilə bərpa olundu

 

Həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır,səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətənail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır.

Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır.

 

İlham ƏLİYEV

 

Dünyada İlahi Ədalətin mövcudluğuna və hökmən öz yerini tutacağına həmişə inanmışam!

Bəlkə də, bu inam həyatda gördüklərim və haqsızlıqların nə vaxtsa cəzalanmasına şahidliyim nəticəsində yaranıb!

Bilmirəm!

Bildiyim odur ki, Yer və Göy idarə olunur, zalımla məzluma fərq qoyulur, “quduran 40 gündən çox getmir”.

Tanrının hesabında həmin “40 gün” nə qədər çəkir, bu ölçü vahidindən də xəbərsizəm!

***

Haqsızın, qudurmuşun cəzası da müxtəlif olur!

Bu da İlahinin öz seçimidir!

Zəlil günə saldığı da, ağlını başından, sağlamlığını əlindən aldığı da, çörəyə möhtac qoyduğu da, dəmir barmaqlıqlar arxasına saldığı da və daha hansısa bizim bilmədiyimiz formada cəza növləri var!

Cəza birdəfəlik və uzun sürən şəkildə də olur!

Bu da təqsirkarın günahının ağırlıq dərəcəsindən asılıdır!

***

Allah-təala zalımı cəzalandırarkən cəzaverəni də özü seçir!

Adətən, cəzaverənlər Tanrıya daha yaxın insanlar hesab olunurlar!

Həm də başqalarından fərqli, vergili, həyatda ədalətli insan imici qazanmış, zəka və iradəli insan kimi tanınır, qəbul edilir!

Bir incə məqam da var: Tanrı zalımı “cinayət yolu” ilə deyil, ədalətin gücü ilə cəzalandırır!

Azğınlaşmış insan başına gələnləri “təsadüf”, “öz səhvi”, yaxud uğursuzluq kimi də qəbul edə bilir!

Bu, onun “kallığına” və “ağıllanmadığına” dəlalət edən haldır!

Amma Tanrının ədalətinə inanmaq və onu səbirlə gözləmək, İlahi Ədalətin öz yerini tutacağına əmin olmaq, şəkk etməmək vacibdir!

Bəlkə də, biz onun gecikməsindən rəncidə olur, tələsə bilirik!

Tanrı isə hər şeyin vədəsini, qədərini və üsulunu çox dəqiq müəyyənləşdirir!

Xəyanət - erməninin adi davranış qaydasıdır!

Yaltaqlıq, yarınmaq, qulluq göstərmək, kiminsə əlində alətə çevrilmək - yaşayış tərzidir!

Böyüyün yanında kiçiklik etmək, zəifi görəndə əjdahaya dönmək, qazanc, dolanışıq güddüyü şəxsin ailəlikcə köləsinə çevrilmək, xəbərçilik, satqınlıqla “hörmət qazanmaq” asan və normal bildiyi, daim istifadə etdiyi gündəlik vasitələrdir.

Erməni tək və zəif olanda quzuya çevrilir!

Birləşib güclənəndə, arxasında duran olanda isə hər şeyi qamarlamağa can atır, özünə bir hami tapanda dərhal “yersiz gəldi, yerli qaç” məsələsindəki kimi həyasızcasına addımlar atır.

Əsas “silahı” çoxüzlülük, riyakarlıq, yalançılıq, başqalarına quyu qazmaq, tora salmaq, şərləməkdir.

Həm də terror ustasıdır!

Pusquda durmağı, arxadan vurmağı, sudan quru çıxmağı, canavar simasını gizlətməyi də məharətlə bacarır!

Bəli, çox bacarıqlıdır, uyğunlaşmağın, pul qazanmağın, münasib yer tapan kimi qısa vaxtda özününküləri ətrafına toplamağın ustasıdır - kəsəsi, “erməni millət deyil, təşkilatdır” məşhur “tezisini” daim doğruldur!

Bütün bunlar erməniyə müvəqqəti uğur gətirsə də, bütövlükdə millət kimi bədbəxtliyidir!

Vətənləri yoxdur deyə yer üzünə səpələniblər!

Özlərinə qondarma tarix yaratmaqla əsrlər boyudur ki, qədimlik statusu qazanmağa çalışırlar.

Bir tarixi abidələri, tarixdə yaşamış məşhur sərkərdə və rəhbərləri yoxdur ki, onlara əsaslanıb nəyi isə sübut edələr.

Hətta qədim kilsələri də yoxdur, başqa dini məbədləri saxtalaşdırmaqla öz adlarına çıxarmaq, yerə bir “qədimlik” əşyası basdıraraq sonradan onu “tapmaqla” sübutlar yaratmaq sevimli məşğələləridir.

Vətənsizlik, qaraçı həyatı sürmək, xeyirxahlarına xəyanət etmək, su içdikləri quyuya tüpürmək alınlarına yazılıb!

Bicliyi ağlını qat-qat üstələyən bu millətin naqis əməlləri ona heç vaxt xoşbəxt olmağa, sakit, əmin-aman şəraitdə yaşamağa imkan vermir!

***

Erməni Türkiyəyə xəyanət etdiyinə, müharibə aparan dövlətin kürəyinə bıçaq sapladığına görə Cənubi Qafqaza köçürülmüşdür!

Həm də “alət millət” funksiyasını yerinə yetirmək üçün bura gətirilmişdir!

Satqınlığına mükafat olaraq ilk dəfə onunçün dövlət yaradılmışdır.

İlk günlərdən də torpağında yerləşdiyi, sərvətlərindən və imkanlarından bəhrələndiyi xalqa qarşı xəyanət mövqeyi sərgiləmişdir!

Azərbaycan güclü olanda ona tulalanmış, ayağı yer tutub arxasında güclü görəndə isə hürməyə, hətta dişləməyə başlamışdır!

Bu millət həmişə marıqdadır!

Ərazisinə qısılıb barındığı dövlət zəifləyən, başı nəyəsə qarışan kimi üzə çıxır, murdar xislətini göstərir!

Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi qazananda da yaranmış məqamdan torpaq qoparmaq üçün istifadəyə başladı.

***

Ermənilərin “Qarabağın işğalı” ssenarisi rəngarəngliyi və hiyləgər “tərkibi” ilə diqqət çəkirdi.

“Narazılıq mitinqləri”, “iqtisadi cəhətdən pis təminat” etirazları ilə başlanan hərəkat get-gedə şişərək “miatsuma” çevrildi, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istəyinin mahiyyətini ortaya qoydu.

Paralel şəkildə SSRİ-nin qəzet, jurnal, telekanal (mərkəzi televiziya) və informasiya agentliklərində, habelə bu vasitələrlə xaricə çıxmaqla güclü təbliğat-təşviqat işləri də aparırdılar.

İnformasiya mübarizəsində isə vahid ideya vardı:

“Vəhşi müsəlmanlar” “qədim”, “zavallı” və “məzlum” millətə zülm edir, onların insan haqlarını pozur, “millətin öz müqəddəratını təyin etməsinə” mane olur!

Bu adla ermənilər havadarları vasitəsilə “özünü müdafiə dəstələri” (fadainlər) yaradaraq silahlandırdılar, Ermənistandan gələn “saqqallılar” Azərbaycan kəndlərinə hücum çəkərək qarətə, təxribatlara, vahimə yaratmağa başladılar, Şuşa ilə Ağdamın (əslində Azərbaycanın) əlaqəsini kəsdilər, sərnişin avtobuslarını daşa basdılar, sonra girovlar götürməyə başladılar.

Mərkəz bu prosesə gizli dəstək verməklə yanaşı, riyakar mövqe tutur, özünü bilməzliyə qoyur, əslində isə Ermənistanda ordu quruculuğuna yardım göstərirdi.

Nəticədə Ermənistan millətçiləri və terrorçuları 366-cı sovet alayının köməyi ilə Xocalı soyqırımını törədərək müharibədə keyfiyyət dəyişikliyinə nail oldular.

***

Erməni Qarabağa öz torpağı kimi yox, düşmən ərazisi kimi daxil oldu!

Odur ki, qarşısına nə çıxırdısa, talayır, yandırır, dağıdırdı!

Min bir zəhmətlə, alın təri, əl qabarı ilə tikilən evlər, abad kənd və qəsəbələr qısa vaxtda xarabazara çevrildi!

Neçə nəslin tikib qurduğu cənnət Qarabağ az vaxtda yerləyeksan edildi!

Meyvə bağları, meşələr qırıldı, yeraltı və yerüstü sərvətlər talan edildi, çaylara zəhərli maddələr axıdıldı.

Su anbarlarından onun əsl sahibləri tərəfə axan kanallar yayda bağlandı, qışda sel yaradaraq ziyanəvərlik edildi.

Təmas xəttində mütəmadi şəkildə atəşkəs pozulur, dinc sakinlər, qadınlar və uşaqlar hədəfə alınırdı.

Dünya isə bütün bunları görür, bilir, guya “sülh danışıqları” yolu ilə nizama salmağa çalışırdı, əslində ədalətsizliyə göz yumaraq erməninin tərəfini tutmaqla işğalı əbədiləşdirirdi.

***

Hər şeyin bir sonu olmalıdır və olur!

Ermənistanda hakimiyyətin Ter-Petrosyandan sonra kriminal, cinayətkar Qarabağ klanının - Koçaryan və Sarkisyanın əlinə keçməsi düşməni daha da azğınlaşdırdı.

Artıq onlar nəinki işğal ərazilərini qaytarmayacaqlarını açıq şəkildə bəyan edirdilər, hətta yeni əraziləri tutacaqları ilə bizi hədələyirdilər.

Ermənilər ürəkdən inanmışdılar ki, Azərbaycan ərazilərini öz gücləri ilə işğal ediblər.

İnanmışdılar ki, “döyüşkən”, “məğlubedilməz” millətdirlər.

İnanmışdılar kli, “böyük Ermənistan” yaradacaqlar!

Bicliyi ağlından qat-qat çox olan Paşinyanın, “sorosçu uşağın” meydandan rəhbərliyə gəlməsi vəziyyəti daha da qəlizləşdirdi.

Paşinyan ermənilərin ürəklərindəkiləri ucadan söyləyirdi.

Gah sinəsi orden-medallarla dolu generalların əhatəsində Şuşada sərxoş olub yallı gedirdi, gah oğlunu Xankəndinə hərbi xidmətə göndərirdi, gah Dağlıq Qarabağı tərəf kimi danışıqlar prosesinə gətirmək istəyirdi, gah da Tovuz tərəfdən Azərbaycana hücum təşkil edərək enerji kəmərlərini ələ keçirmək istəyirdi.

Azərbaycanın dolan səbir kasası daşmaq üzrə idi!

Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” söyləməsi Azərbaycan Prezidenti İlham Əliyevin qəzəbinə və qəti addımlar atmasına səbəb oldu!

***

Bu dəfə Ulu Tanrı haqqın-ədalətin bərpası üçün cənab İlham Əliyevi seçdi!

Seçdi və sonadək arxasında duraraq ilahi köməyini göstərdi!

Həm də İlham Əliyevin yumruğunu düşmənin başını qısa müddətdə əzə biləcək qüdrətli “dəmir yumruğ”a çevirdi!

İlham Əliyevi İlahi Ədaləti bərpa edənə, Azərbaycanın xilaskarı səviyyəsinə yüksəltdi.

Buna qədər Azərbaycanın rəhbəri olaraq torpaqları işğaldan azad etməkdən ötrü Prezident İlham Əliyev çox işlər görmüşdü!

Aşkar və məxfi şəkildə!

İndi isə döyüş zamanı idi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu döyüşə bütün bacarıq və qabiliyyəti, istedad və xarizması ilə hazırlaşmışdı!

 

BELƏ Kİ:

* Tarixinin ən qüdrətli Azərbaycanını yaratmışdı;

* Yeni vətənpərvər gənclər nəsli tərbiyələndirmişdi;

* Yeni ordu yaradaraq onu ən müasir silahlarla silahlandırmışdı;

* Ölkənin siyasi nüfuzunu və müasir imicini ən yüksək səviyyəyə qaldırmışdı;

* Diplomatiya sahəsində bir çox uğurlara imza ataraq haqq işimizi bütün dünyaya çatdırmış, Azərbaycana çoxsaylı dostlar qazandırmışdı;

* Azərbaycan-Türkiyə dostluğunu və strateji əməkdaşlığını tarixdə olmayan bir səviyyəyə qaldırmışdı;

* Xalqın milli birliyini yaratmışdı;

* İnformasiya müharibəsinə hərtərəfli və mükəmməl hazırlaşmışdı;

* Nəyi nə vaxt və necə edəcəyini dəqiq müəyyənləşdirmişdi!

***

İlham Əliyev qısa vaxt - 44 gün ərzində “dəmir yumruğ”u ilə düşmənin başını əzib belini qırdı!

Yeni taktika və strategiya tətbiq edərək Ermənistan ordusunu məhv etdi, qorxaqlar və fərarilər yığnağına çevirdi!

Düşməni Ağdam, Laçın və Kəlbəcəri bir güllə belə atmadan, dinməz-söyləməz qaytarmağa məcbur etdi!

Qoyduğu şərtlər əsasında ona təslim aktını, üçtərəfli Bəyanatı imzalatdırdı!

Beş əsr ərzində ilk dəfə olaraq qüdrətli Sərkərdə kimi itirilmiş torpaqları qaytardı!

İki əsrlik Qarabağ münaqişəsini birdəfəlik, həm də uğurla həll etdi!

Azərbaycan xalqını dünyaya məğrur, döyüşkən, öz torpaqlarına sahib çıxan xalq kimi yenidən tanıtdı!

Bu, çoxdan gözlədiyimiz İlahi Ədalətin bərpası idi!

Bu, azğın, qudurğan düşmənin Tanrının seçdiyi qüdrətli Sərkərdə tərəfindən cəzalandırılması idi!

Bu, İlahinin qüdrət bəxş etdiyi “dəmir yumruğ”un tarixi zəfəri idi!

Şükür, İlahi bizə arxa durdu!

Minnətdarıq Müzəffər Ali Baş Komandan İlham Əliyevə - İlahi Ədaləti bərpa edərək qisasımızı aldı!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video