28 Yanvar 2023 00:53
374
İQTİSADİYYAT
A- A+

IFC ilə Xəzər dənizində külək enerjisindən istifadə potensialı təhlil olunub

 

Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə IFC ilə enerji sahəsində həyata keçirilən birgə layihələr qarşılıqlı münasibətlərin uğurlu inkişafının nümunəsi kimi qeyd edilib. Ölkəmizin iqtisadi inkişafında enerji sektorunun rolundan bəhs edilib, ənənəvi energetika və "yaşıl enerji" sahələrində görülən işlər, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib. Enerji sahəsinə özəl sektorun cəlbinin sürətləndirilməsi və IFC ilə bu istiqamətdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.
IFC-nin dəstəyi ilə hazırlanmış "Dənizdə külək enerjisi üzrə yol xəritəsi"ndən bəhs edilib, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisindən istifadə potensialının təhlili, bununla əlaqədar texniki, iqtisadi, o cümlədən ixrac məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. IFC-nin Azərbaycanda dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsində maraqlı olduğu, həmçinin digər bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə cəlb edilməsinin mümkünlüyü vurğulanıb.
Söhbət zamanı Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş, enerji keçidi, hidrogen enerjisi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video