08 Dekabr 2025 22:20
213
Mədəniyyət
A- A+
İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Mədəniyyət Festivalı çərçivəsində zəngin yaradıcılıq ideyalarının necə uğurlu və dayanıqlı peşə fəaliyyətinə çevrilə biləcəyinə həsr olunan “Yaradıcı və mədəni sənayelərdə məşğulluq imkanları” adlı növbəti panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, panelin məqsədi yaradıcı insanların öz istedadlarını bazar dəyərinə çevirmə yollarını, onu peşəkar biznes modellərinə uyğunlaşdırma imkanlarını, eləcə də bu yolda qarşılaşdıqları çətinlikləri müzakirə etməkdən ibarət olub.

Müzakirədə moda, dizayn, zərgərlik, sənətkarlıq və sosial sahibkarlıq kimi müxtəlif sahələrdə uğur qazanmış yerli və xarici məruzəçilər iştirak ediblər. Onlar yaradıcı yanaşma ilə sahibkar düşüncəsinin vəhdətindən yaranmış uğurlu brendlərin formalaşma hekayələrini bölüşüblər.

“Azerbaijan socks” şirkətinin təsisçisi Tereza Qamlin bildirib ki, brendinin missiyası ənənəvi Azərbaycan sənətkarlığını sevgi ilə dünyaya tanıtmaqdır. O, regionlara səfərləri zamanı hər bölgəyə xas özünəməxsus corab naxışlarını toplayır və sənədləşdirir, çünki hər bölgənin öz rəsmi və “imzası” mövcuddur. Onun sözlərinə görə, xalçalardan fərqli olaraq corablar tez köhnəlir və atılır, bununla da unikal naxışlar da yox olur. Bu səbəbdən o, əsas işinin həmin naxışların qorunması olduğunu vurğulayıb.

“Resm Jewelry” zərgərlik şirkətinin təsisçisi Rasmina Qurbətova bildirib ki, kommunikasiya, korporativ idarəetmə və maliyyə infrastruktur sahələrində Dünya Bankında onillik fəaliyyətdən sonra o, əvvəlcədən düşünülmüş strategiyaya deyil, hər şeydən əvvəl həvəsə əsaslanaraq yaradıcı sənayeyə keçmək qərarı verib. Onun sözlərinə görə, brendin uğurlu başlanğıcında biznes, marketinq və kommunikasiya sahələrində topladığı təcrübə və bu biliklərin yaradıcı düşüncə ilə orqanik vəhdəti mühüm rol oynayıb.

“Muslim Agency”nin təsisçi direktoru Bilal Qassam da şəxsi təcrübəsini bölüşərək, həkimlikdən yaradıcı sənayelərə keçid yolundan qısa şəkildə danışıb. O qeyd edib ki, mədəniyyətin roluna dair araşdırmalar, şəxsi şirkətini qurmaq, ailəvi səyahətlər və incəsənətə dönüş onu bu gün təqdim etdiyi yaradıcı layihələrə gətirib çıxarıb. Həmin layihələrdən biri sərgidə nümayiş olunub.

Panel müzakirəsinin sonunda “Atelier Azure”un təsisçisi Türkan Məmmədova və İnvestisiya, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri Ağahüseyn Əhmədov yaradıcı potensial, sahibkar yanaşması və sistemli dövlət dəstəyinin birləşməsinin Azərbaycanda mədəni və yaradıcı sənayelərin, həmçinin innovativ startapların inkişafı üçün əlverişli mühit formalaşdırdığını bildiriblər.

Müzakirə zamanı xüsusi diqqət aşağıdakı mövzulara yönəlib:

— Yaradıcılıqdan gəlirli biznesə gedən yol: ideyanın bazara çıxarılması, ilkin resursların idarə edilməsi, brendinq strategiyalarının işlənməsi;

— Qadın sahibkarların rolu: yaradıcı sektorun inkişafına qadınların töhfəsi, eləcə də öz brendlərini formalaşdırarkən üzləşdikləri sosial və iqtisadi çağırışlar;

— Dəyərlər üzərində qurulmuş biznes modeli: yaradıcı bizneslərin islam dəyərləri və sosial məsuliyyət prinsipləri əsasında qurulması;

— Yerli brendlərin qlobal bazara çıxışı: “Made in Azerbaijan” brendlərinin beynəlxalq arenada təşviqi və ixrac potensialının artırılması;

— İnnovasiya və əmək bazarının rolu: İƏT ölkələrinin əmək ekosistemində yaradıcı sahənin gələcəyin peşə istiqamətlərindən biri kimi inkişaf perspektivləri.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Koordinasiya Şurası Eqmont Qrupunun Bakıda keçiriləcək 32-ci plenar iclası üçün İş Planını təsdiqləyib  

22:08
09 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib  

21:53
09 Dekabr

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb  

21:48
09 Dekabr

Tramp: Putindən çox əvvəl Ukraynanın NATO-ya daxil olmayacağı aydın idi  

19:47
09 Dekabr

Nazir Rəşad Nəbiyev Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşüb  

19:39
09 Dekabr

Zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib  

19:15
09 Dekabr

Azərbaycan və Laos Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılı

19:02
09 Dekabr

ANAMA və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  

18:47
09 Dekabr

Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır  

18:36
09 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

18:27
09 Dekabr

Mədəniyyət naziri Adil Kərimli İƏT Baş katibinin köməkçisi ilə görüşüb  

18:10
09 Dekabr

Nazirlik: Bəzi MTK nümayəndələri telekommunikasiya fəaliyyəti üçün zəruri şərait yaradılmasına əsassız maneələr törədir  

18:07
09 Dekabr

İcraçı direktor: Mərkəzi Asiya ölkələrində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi qurumlar yaradıla bilər  

18:01
09 Dekabr

Bir ildə dünyada 67 jurnalist öldürülüb  

17:54
09 Dekabr

Mərkəzi Bankın sədri: Kapital bazarlarının inkişafı strateji prioritetə çevrilib  

17:52
09 Dekabr

“Politico” Avropanın ən nüfuzlu 28 liderinin reytinqində birinci yeri Trampa verib  

17:39
09 Dekabr

“Ford” Avropa bazarı üçün yeni strategiyasını açıqlayıb  

17:37
09 Dekabr

Serbiyanın sabiq Prezidenti XIII Qlobal Bakı Forumunun əsas prioritetlərindən danışıb  

17:36
09 Dekabr

SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib  

17:34
09 Dekabr

Aİ-Ermənistan sənədi əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir  

17:30
09 Dekabr

Azərbaycan XİN-dən Aİ-Ermənistan Strateji Gündəliyinə kəskin etiraz  

17:29
09 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!