28 Iyun 2022 19:35
595
SİYASƏT
A- A+

İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb

 

İyun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Baş katibi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Hissein Brahim Tahanın bu önəmli vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Nazir Azərbaycanın İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və bu günədək təşkilatla çox fəal əməkdaşlığın aparıldığını qeyd edib. İƏT-in hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə dəstək verdiyi, keçmiş münaqişənin həlli ilə bağlı, habelə postmünaqişə mərhələsində müvafiq qətnamələrin qəbul edildiyi minnətdarlıqla vurğulanıb.

Baş katib Hissein Brahim Taha Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfəni qeyd edib. O, səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı ilə keçirilmiş görüşə məmnunluqla istinad edib. Baş katib İƏT turizm nazirlərinin konfransına uğurla ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edib.

Nazir Ceyhun Bayramov Baş katibin şəxsən bu konfransda iştirakının tədbirə öz müsbət töhfəsini verdiyini bildirib. Azərbaycanın İƏT, habelə onun rəhbərliyi altındakı digər təşkilatlarla bundan sonra da səmərəli əməkdaşlığı davam etdirməkdə qətiyyətli olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov İƏT rəhbərinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. O, səfəri çərçivəsində Baş katibin azad edilmiş ərazilərə getməsinin buradakı vəziyyətlə, o cümlədən onilliklər boyu Ermənistan tərəfindən törədilən dağıntılar və hazırda Azərbaycan tərəfindən aparılan quruculuq işləri ilə yaxından tanış olmaq üçün yaxşı imkanı yaradacağını söyləyib.

Görüşdə, həmçinin İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri, dünyada cərəyan hadisələr fonunda, xüsusilə də islam ümmətini narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video