İƏT Baş katibi Azərbaycanın təşkilatın fəaliyyətinə töhfəsini yüksək qiymətləndirib
Mayın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycanın İƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. O, Baş katib ilə bundan əvvəl keçirilmiş görüşlər zamanı aparılan fikir mübadilələrinə istinad edərək, təşkilatın Aşqabad Zirvə görüşündə qəbul olunmuş sənədlərin icrasının vacibliyini qeyd edib. Xüsusilə də “İƏT Baxışı–2025” sənədinin və burada müəyyən edilmiş prioritet istiqamətlərin Azərbaycan üçün də böyük önəm kəsb etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Bu ilin İƏT-də “Nəqliyyat - bağlantı ili” kimi qeyd edildiyi və bu xüsusda, Azərbaycanın İƏT bölgəsində nəqliyyat-bağlantı əlaqələrinin inkişafına böyük diqqətlə yanaşdığı ifadə edilib.
Baş katib Xusrav Noziri Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransına uğurla ev sahibliyi edəcəyi üçün Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Parlament ölçüsünün üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Baş katib, həmçinin cari ildə İƏT çərçivəsində nəqliyyat-bağlantı sahəsində əlaqələrin inkişafına xüsusi diqqətin ayrıldığını qeyd edərək, bununla əlaqədar Azərbaycanın həm coğrafi yerləşmə baxımından, həm də tranzit mərkəz kimi rolunu xüsusilə vurğulayıb.
Görüşdə tərəflər İƏT-in ixtisaslaşmış qurumlarının fəaliyyəti üzrə fikir mübadiləsi aparıb, o cümlədən Azərbaycanın ev sahibliyi edəcəyi İƏT Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıblar. Yaxın günlərdə İƏT-in gələcək fəaliyyəti ilə bağlı üzv ölkələrin ekspertlərinin iştirakı ilə müzakirələrin aparılacağı və Azərbaycan nümayəndə heyətinin də bu müzakirələrdə iştirak edəcəyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yanındayıq, Türkiyə!
25 Iyun
"Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haq...
25 Iyun
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haq...
25 Iyun
Eyni kökə və tarixə söykənən dostluq
25 Iyun
"Bir amalın iki qolu… Azərbaycan-Türkiyə"
25 Iyun
Azərbaycan-Türkiyə qardaşlığı bəşəri sərvət olan "Yaşıl Vətən"in keşiyində!!!
25 Iyun
"Azərbaycan" qəzetinin əməkdaşına Prezident mükafatı təqdim edildi
25 Iyun
Qlobal bəla ilə qətiyyətli mübarizə
25 Iyun
Gəncənin su və yol problemləri paralel həll olunur
25 Iyun
ADAU-da bağçılıqla bağlı konfrans keçirilmişdir
25 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Zəfərin təməli

Azərbaycan bölgədə təhlükəsizlik sisteminin ən mühüm tənzimləyici amilidir

İlham Əliyevin sərkərdəliyi ilə zəfər qazandıq, indi isə himayəsiylə rahat həyat yaşayırıq...

Qətiyyətli siyasətin təcəssümü

Mütərəqqi islahatlar uğurlu nəticələr verir

“Cənub qaz dəhlizi"nin genişləndirilməsi əhatəli dialoq tələb edir

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!