İdman kəndə gəlir
AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində "Kəndlərdə idmanı inkişaf etdirək" layihəsi üzrə növbəti tədbir keçirilmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın vitse-prezidenti, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Milli Məclisin deputatı Sabir Hacıyev iştirak etmişlər.
Müstəqim Məmmədov layihənin əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən diqqətdən danışdıqdan sonra 44 günlük Vətən müharibəsindən söz açmışdır. Bildirmişdir ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Vətən müharibəsi dövründə düşmənin dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atmasını xatırladan M.Məmmədov demişdir ki, düşmənin təxribatlarına baxmayaraq, tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməmiş, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi, arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstərmişlər.
Sonra Rauf Əliyev layihə haqqında məlumat verərək nəzərə çatdırmışdır ki, bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Sabir Hacıyev isə çıxışında Azərbaycanda idmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulamış, Azərbaycanın hər yerində müasir idman komplekslərinin istifadəyə verildiyi qeyd edilmişdir.
Sonda layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa idman geyimləri və toplar hədiyyə olunmuşdur. Gənc futbolçular isə cavabında bacarıqlarını nümayiş etdirmişlər.
Lazım QULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının Nümayəndələr Palatasının sədri ilə ...
08 Fevral
Hərbi hissələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb VİDEO
08 Fevral
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
08 Fevral
Vaşinqton HIMARS sistemlərini Varşavaya 10 milyard dollara satmağı planlaşdırır
08 Fevral
Azərbaycan XİN Ararat Mirzoyana cavab verib
08 Fevral
BMT Türkiyə və Suriyaya 25 milyon dollar yardım ayırıb
08 Fevral
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq ...
08 Fevral
59-cu gün: Ekoaksiya havanın qarlı olmasına baxmayaraq böyük coşqu ilə davam edir
08 Fevral
Azərbaycanın hərbi tibb personalı Kahramanmaraşdadır
08 Fevral
Kosovo Türkiyədəki zəlzələlərə görə birgünlük milli matəm elan edib
08 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!