17 Sentyabr 2024 15:56
2187
Səhiyyə
A- A+
İcbari tibbi sığorta hesabına yarım ildə 2 min 134 BERA testi icra olunub

İcbari tibbi sığorta hesabına yarım ildə 2 min 134 BERA testi icra olunub


Səhhətində eşitmə problemləri olan şəxslər üçün erkən diaqnostikanın əhəmiyyəti böyükdür. Eşitmə qabiliyyətinin müayinəsi və dəqiq diaqnozun qoyulması üçün istifadə olunan müasir metodlardan biri də BERA testidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, test icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınıb. İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 2 min 134 sayda BERA testi icra olunub.

Bu müayinə spesifik səs impulslarına beynin müvafiq strukturlarının verdiyi cavab reaksiyasına əsaslanan, eşitmə qabiliyyətini obyektiv şəkildə qiymətləndirən ən dəqiq diaqnostik metodlardan biridir. Müayinə vasitəsilə eşitmə sinirlərinin və beyin kötüyünün səs impulslarına verdiyi reaksiyalar qeydə alınmaqla eşitmə sistemində hər hansı patologiyanın olub-olmadığı müəyyən edilir. BERA testi nitq inkişafı hələ tamamlanmayan körpələrdə və uşaqlarda, eləcə də cavab verməkdə çətinlik çəkən yetkin insanlarda (əqli inkişaf pozuntuları olanlarda) eşitmə probleminin dəqiq səbəbini müəyyənləşdirmək üçün istifadə olunur. Bu test müxtəlif dərəcəli ağır eşitmə diaqnozu qoyulan pasiyentlərdə patoloji prosesin dəqiq lokalizasiyasını müəyyən etməyə kömək edir.

Müayinə zamanı elektrodlar baş dərisinə yerləşdirilir və səs impulsları qulaqlıq vasitəsilə pasiyentə ötürülür. Bu səs siqnalları beyinə çatdıqda beyin kötüyünün verdiyi cavab reaksiyası elektrodlar vasitəsilə qeydə alınır. Hər hansı cavab anomaliyası eşitmə sinirlərindən və ya beyin kötüyündən qaynaqlanan problemin olduğunu dəqiq göstərə bilər. BERA müayinəsi tibb müəssisəsində pasiyentə həm ayıq, həm də medikamentoz sedasiya altında təhlükəsiz və ağrısız icra edilən obyektiv audioloji müayinə metodudur. Xidmətin göstərilməsi zamanı istifadə edilən anesteziya icbari tibbi sığorta ilə qarşılanır.

Eşitmə problemi erkən yaşlarda müəyyən edilmədikdə, uşaqların nitq inkişafında gerilik, təhsil prosesində çətinlik və ümumi sosial adaptasiyada problemlər yarana bilər. Eşitmə qabiliyyətinin itirilməsi həm də uşağın koqnitiv və psixoloji inkişafına mənfi təsir göstərir. Məhz bu səbəbdən BERA müayinəsi tibbi göstəriş əsasında erkən yaşda icra edilməli və potensial eşitmə pozulması vaxtında aşkarlanmalıdır. Müayinənin nəticələri əsasında ixtisaslı həkim tərəfindən müvafiq müalicə və ya reabilitasiya tədbirləri təyin edilir.

BERA müayinəsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib YENİLƏNİB 

15:22
08 Oktyabr

Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub

15:19
08 Oktyabr

Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub YENİLƏNİB - 2 

15:18
08 Oktyabr

Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub

15:15
08 Oktyabr

Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

15:03
08 Oktyabr

Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir

14:32
08 Oktyabr

Oktyabrın 15-dən “Vahid tələbə kartı”nın verilməsinə başlanılır

14:32
08 Oktyabr

Fransız dilinin mövqeyi zəifləyir

14:23
08 Oktyabr

Sabahın havası: Günəş də var, yağış da var, külək də...

14:22
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır  

14:14
08 Oktyabr

Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində yan tədbir keçirib

14:13
08 Oktyabr

Doqquz ayda 25 mindən çox şəxsə yaşa görə əmək pensiyası təyin olunub

14:11
08 Oktyabr

Taha Ayxan: İstərdik ki, Azərbaycan halal biznes və turizm sahəsində öz liderliyini qoruyub saxlaya bilsin

14:01
08 Oktyabr

Cari ilin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 900 milyard dolları ötüb  

13:56
08 Oktyabr

10 milyon hektar bitki örtüyü məhv oldu  

13:45
08 Oktyabr

Aydın Kərimov: Şuşa şəhər xəstəxanasının tikintisi yaxın vaxtlarda başa çatacaq  

13:45
08 Oktyabr

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır  

13:21
08 Oktyabr

Səhiyyə naziri: İKT-nin tətbiqi TDT çərçivəsində sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir  

12:36
08 Oktyabr

Nazir müavini: Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq  

12:35
08 Oktyabr

Nazir: Tələbələr təhsil dövründə işaxtaran deyil, iş yeri yaradan şəxslər olmalıdır

11:59
08 Oktyabr

Alimlər: XXI əsrdə 100 yaşına çatan insanların sayı azalacaq

11:53
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!