01 Iyul 2022 19:24
768
PARLAMENT
A- A+

İbrahim Bouğali: Parlament Şəbəkəsinin Bakı konfransı aktual məsələlərin müzakirəsi baxımından çox vacibdir  

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova qonağı salamlayaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında müzakirə olunan məsələlərdən danışıb. Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Madriddə təsis olunmuş Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilib. Müasir dünyada parlament diplomatiyasının rolunun günü-gündən artdığı bir vaxtda bu mövzu çox aktualdır.

Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransındakı çıxışı və Qoşulmama Hərəkatının qlobal səviyyədə gedən proseslərdə rolu barədə dəyərli fikirləri mühüm önəm daşıyır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu cür tədbirlər Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir. Söhbət zamanı Sahibə Qafarova Azərbaycan və Əlcəzair parlamentləri arasında əlaqələrin inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Səmimi sözlərə görə təşəkkürünü bildirən Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransına dəvətə görə minnətdarlığını ifadə edib. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Bakı konfransındakı çıxışını yüksək qiymətləndirib, toxunduğu məsələlərin əhəmiyyətini qeyd edib.

İbrahim Bouğali Bakı konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkür edib, Azərbaycanın bu təşəbbüsünü bəyəndiklərini bildirib. Qeyd edib ki, Parlament Şəbəkəsinin Bakı konfransı xalqlarımızın təmsilçiləri olan parlamentlərimizin bir araya gəlməsi və aktual məsələləri müzakirə etməsi baxımından çox vacibdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video