04 Dekabr 2024 18:37
271
DÜNYA
A- A+
İ. Kobaxidze avropalı siyasətçilərin hərəkətsizliyini zorakılığı təşviq etmək kimi qiymətləndirib  

İ. Kobaxidze avropalı siyasətçilərin hərəkətsizliyini zorakılığı təşviq etmək kimi qiymətləndirib  

 Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib ki, avropalı siyasətçilərin Tbilisidəki etiraz aksiyalarında radikal qüvvələrin zorakılıq faktlarını iqnor etməsi onların ikili standartlarından xəbər verir.

O, keçirdiyi brifinqdə deyib: “Bu cür qınayan bəyanatların olmaması avropalı siyasətçilərin və bürokratların bir qismi üçün Gürcüstanda zorakılığa yaşıl işıq yandırmaq deməkdir”.

Kobaxidze qeyd edib ki, ATƏT/DTİHB-nin oktyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı artıq rəyi var və bu, ümumilikdə müsbətdir, lakin eyni avropalı siyasətçilər və bürokratlar bu seçkilərin legitimliyini tanımaqdan imtina edirlər.

“Biz seçkilərimizi tanımaqda müvafiq beynəlxalq aktorların passivliyini görürük və bütün bunlar ölkəmizdə təmsil olunan konkret xarici qurumların reputasiyasına çox mənfi təsir göstərəcək”, - hökumət başçısı bildirib.

Onun sözlərinə görə, son bir neçə ildə xaricdə Gürcüstanı müharibəyə cəlb etmək üçün razılaşdırılmış cəhdlər olub.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!