07 Avqust 2022 00:19
464
Elm və texnika
A- A+

"Honor"dan növbəti smartfon

 

Şirkət "Honor X40i" adlı yeni ortabüdcəli smartfonunu təqdim edib. O, böyükölçülü ekran, 50 meqapiksellik arxa kamera və ortasəviyyəli batareya həcmi əldə edib.

Beləliklə, smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 2388x1080 piksel keyfiyyətli 6.7 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi yandırıb-söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonda mono səsgücləndiricilər reallaşdırılıb. Kontaktsız ödənişlər üçün NFC çipi mövcud deyil.

Əsas texniki göstəricilərə gəldikdə isə, "Honor X40i" modeli 8 nüvəli "MediaTek Dimensity 700" prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa kameraları ilə ön kamerası 1080 və 720 piksel keyfiyyətində videolar çəkə bilirlər. "Honor X40i" "Magic UI 6."1 interfeysli "Android 12" vasitəslə çalışır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video