08 Dekabr 2021 20:15
697
DÜNYA
A- A+

Hindistan ordusunun müdafiə qərargahının rəisi və arvadı helikopter qəzasında həlak olub

 

Hindistanda helikopter qəzası nəticəsində həlak olan 13 nəfər arasında ölkənin müdafiə qərargahının rəisi general Bipin Ravat və həyat yoldaşı da var.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, helikopterdə general Bipin Ravat və onun həyat yoldaşı ilə yanaşı, generalın köməkçiləri, tabeliyindəki zabitlər olublar. Şahidlərin sözlərinə görə, yerə çırpılan helikopterdə yanğın baş verib.

Qeyd edək ki, Hindistan ordusuna məxsus, göyərtəsində 14 nəfərin olduğu “Mi-17V5” helikopteri yerli vaxtla günorta saat 12:00 radələrində Kunur rayonunda dağlıq meşə sahəsində qəzaya uğrayıb. Yerli ekspertlər qəzaya hava şəraitinin və ya texniki problemlərin səbəb olduğunu güman edirlər. Hindistan Hərbi Hava Qüvvələrinin komandanı da hadisə yerinə yollanıb.

General Bipin Ravat 2015-ci il fevralın 3-də Dimapur şəhərində baş vermiş helikopter qəzasından ağır xəsarət alsa da, sağ çıxa bilmişdi. O, Hindistan ordusunda yeni təsis edilən müdafiə qərargahının ilk rəisi kimi, ötən ilin yanvarında vəzifəsinin icrasına başlayıb. Ondan əvvəl isə ordu komandanı vəzifəsində xidmət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video