02 Dekabr 2021 00:16
1044
DÜNYA
A- A+

Həyəcanlı proqnoz

 

Aktual vaksinlər “Omikron” qarşısında aciz qala bilər

 

Alimlərin “gördüklərimizin ən pisi” kimi qiymətləndirdiyi koronavirusun yeni “SARS-CoV-2 B.1.1.529” variantının geniş yayılması artıq bir çox ölkənin sərhədlərinin bağlanmasına, uçuşların ləğv edilməsinə və dünya miqyasında bazarların səhm qiymətlərinin düşməsinə

səbəb olub.

ÜST-ün fövqəladə toplantısında “Omikron” adı verilən yeni ştam çox sayda mutasiyalar edir və bunların bəziləri narahatlıq doğurur. Bu ştamlar yüksək yoluxucudur. Onlar daha çox yayılır, ağır xəstəliklərə səbəb olur və orqanizmin immun reaksiyasından yayınır. Mövcud vaksinlər isə demək olar ki, virusun yeni variantına qarşı daha az effektivdir. Bu halda “Omikron”un yayılması üçün şərait yaranır.

 

Vaksin nəslinin dəyişməsi tələb oluna bilər

 

ABŞ-ın Moderna biotexnologiya şirkətinin rəhbəri Stefan Bansel hesab edir ki, COVID-19-a qarşı mövcud peyvəndlər koronavirusun “Omikron” variantı ilə mübarizədə o qədər də effektiv deyil. Bu barədə o, Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Hesab edirəm ki, əhəmiyyətli bir tənəzzül olacaq. Yeni variantın nə qədər güclü olduğunu bilmirəm. Bunun üçün kifayət qədər məlumat yoxdur. Amma söhbət etdiyim bütün alimlər “yaxşı bir şey gözləmirlər”, - deyə Bansel vurğulayıb.

Amerikalı alimin fikrincə, gələn il vaksin nəslinin dəyişməsi tələb oluna bilər. İndiyə qədər əksər ekspertlər koronavirusun bu qədər mutasiya edilmiş variantının yalnız bir və ya iki il sonra ortaya çıxacağını düşünürdülər. Ancaq bu, daha tez oldu.

 

İnsanlar üçüncü peyvəndi alsalar, müdafiə daha güclü olacaq

 

Almaniya istehsalçısı BioNTech-in peyvəndi ehtimal ki, koronavirusun “Omikron” variantına yoluxma halında da xəstəliyin ağır gedişindən qorumağa qadirdir. Bu barədə şirkətin həmtəsisçisi, türkəsilli alim Uğur Şahin “Röyter” agentliyinə müsahibəsində bildirib. “Biz onu əsas tuturuq ki, insanlar üçüncü peyvəndi alsalar, bu müdafiə üçün daha güclü olacaq”, - deyə U.Şahin vurğulayıb.

“The Street Journal” nəşrinə verdiyi digər müsahibədə Uğur Şahin deyir: “Heç kəs özünəgüvəni itirməməlidir, əksinə, indi söhbət daha çox revaksinasiya keçirilməsindən gedir. “Omikron” daha çox yoluxmaya gətirib çıxara bilər, lakin koronavirusun digər variantları ilə mübarizədə olduğu kimi, BioNTech/Pfizer peyvəndi xəstəliyin ağır gedişatının qarşısını almağa qadirdir”.

Türk alim qeyd edib ki, yeni varianta uyğunlaşdırılmış peyvəndin hazırlanmasına ehtiyac olub-olmayacağı yaxın həftələrdə, bəlkə də aylarda aydınlaşacaq. BioNTech hadisələrin bu cür inkişafına prinsipial olaraq hazırdır. “İlk bazar partiyasının, ilk 25-50 milyon dozanın istehsalı üçün bizə 100 günə yaxın vaxt lazım olacaq”, - deyə U.Şahin bildirib.

Eyni zamanda Moderna şirkətinin rəqibi İsveçin AstraZeneca şirkətinin tərəfdaşı olan Oksford Universitetində mövcud vaksinlərin “Omikron” infeksiyasından doğan COVID-in ağır gedişatından qorumağa qadir olmadığının sübutunu görmürlər.

Oksford Universitetinin məlumatına görə, hazırda onun alimləri AstraZeneca şirkəti ilə birgə hazırladığı vaksinin “Omikron” infeksiyasına qarşı nə dərəcədə müdafiə etdiyini aydınlaşdırırlar. Ancaq lazım olsa, vaksinin yeni bir versiyasının yaradılması özünü çox gözlətməyəcək.

 

Dünyada narahatlıq artır

 

CAR-da sürətlə yayılan koronavirusun yeni “SARS-CoV-2 B.1.1.529” variantı bütün dünyada böyük narahatlıq doğurur. Virusoloqlar, ilk növbədə, koronavirusun bu variantında çoxlu mutasiyaların olduğundan narahatdırlar. Onların sayı 32-dir. “Delta” variantının isə 8 mutasiyası var idi.

Məhz bu səbəbdən immun sisteminə koronavirusun bu variantına qarşı mübarizə aparmaq çətindir: o, sözün əsl mənasında immun hüceyrələrindən yayınır və “İmmune Escape” adlanan proses baş verir.

Kembric Universitetində kliniki mikrobiologiya üzrə professor Ravi Qapta deyir ki,”aşkar edilmiş mutasiyalar böyük narahatlıq doğurur”. Hələ fevral ayında Qapta ilk laboratoriya analizləri ilə müəyyənləşdirmişdir ki, B.1.1.529 variantının mutasiyalarının ikisi virusun yoluxuculuğunu artırır və immunitet hüceyrələrinin onu tanımaq qabiliyyətinə mənfi təsir göstərir.

“UCL Genetics İnstitute” tədqiqat mərkəzinin rəhbəri professor Fransua Ballu da analoji narahatlığını bildirir. “Mən hər halda “Alfa” və “Delta” variantlarına nisbətən koronavirusun bu variantının neytrallaşdırıcı anticisimlər tərəfindən daha zəif tanınacağını gözləyirəm”, - deyə ekspert vurğulayıb.

Buna baxmayaraq, virusun yüksək yoluxuculuğu xəstəliyin daha ağır formada keçəcəyinə dəlalət etmir.

 

ÜST beynəlxalq daşımalar üzrə tövsiyələr verdi

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, koronavirusun yeni “Omikron” ştamının peyda olması səbəbindən beynəlxalq səfərləri tam dayandırmaq lazım deyil. Ekspertlərin fikrincə, bu, yeni variantın yayılmasının qarşısını almayacaq, lakin həyat keyfiyyətinə mənfi təsir göstərəcək. Bununla əlaqədar olaraq, ÜST testlərin və karantinlərin tətbiqini, yoluxmaya nəzarəti gücləndirməyi tövsiyə edib.

Son vaxtlarda Cənubi Afrika Respublikası, Hong Kong və bir sıra Afrika ölkələrində yeni ştam aşkar edilib, daha sonra isə Avstraliya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, İtaliya, Niderland, Portuqaliya, Çexiya, İsveç və digər ölkələrdə yoluxma halları üzə çıxıb.

Son məlumata görə, rusiyalı senator, Əməkdar həkim Vladimir Kruqlı hesab edir ki, Afrikanın “Omikron” ştamı artıq Rusiyada mövcuddur, onun yayılmasının mənbəyi Misirdə olmuş turistlərdir. O, Misir Ərəb Respublikası ilə hava əlaqəsinin bağlanmasına çağırıb.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video