23 Dekabr 2021 22:55
1493
Təhsil
A- A+

Heydər Əliyev Mərkəzində məktəblilər arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” intellektual yarışı keçirilib

 

Dekabrın 23-də Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Yollarda təhlükəsiz davranışı öyrənək” intellektual yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində reallaşıb. Yarışda Bakı şəhərinin orta ümumtəhsil məktəblərində təhsil alan 7-8-ci sinif şagirdlərindən ibarət 55 komanda iştirak edib. Layihənin həyata keçirilməsində məqsəd yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsi və nəqliyyat vasitələri ilə tanışlığının təmin olunmasıdır.

Münsiflər heyəti yarışın 3 turunun yekununa əsasən 55 komanda arasından I, II və III yerlərin qaliblərini müəyyənləşdirib.

Qərara əsasən, Bakı şəhər 211 nömrəli tam orta məktəbin şagirdləri birinci, 2 nömrəli texniki-humanitar liseyin şagirdləri ikinci, 275 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü yerləri tutublar.

Qeyd edək ki, yarış iştirakçılarının müəyyən olunmuş mövzular üzrə hazırlığı məqsədilə dekabrın 18-də Heydər Əliyev Mərkəzində təlim də keçirilib. Məktəblilər Azərbaycan Avtomobil Federasiyasının müvafiq nəşrləri üzrə də yarışa hazırlaşa biliblər. Suallar yol hərəkəti qaydalarının və avtomobillərin tarixi, yol hərəkətinin iştirakçıları, piyadalar və velosipedçilər, sürücülük hüququ, yol hərəkəti qaydaları və digər mövzuları əhatə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video