10 Iyun 2022 10:18
881
Mədəniyyət
A- A+

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisdə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisin mərkəzində Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 33 ölkədən 500-dən çox iştirakçını bir araya gətirən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində ilk dəfə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, “Grand Palais Ephemere”də keçirilən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş Azərbaycan stendinin açılışı olub. Azərbaycan stendində Elvin Nəbizadənin fenomenal “Gündüz və gecə” əsəri nümayiş etdirilir.

İncəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesinin və Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti Od Taon (Aude Tahon) layihədə Azərbaycanın iştirakından şad olduqlarını bildirib. O qeyd edib ki, “Revelations” Beynəlxalq Biennalesinin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. Od Taon Fransa İncəsənət Atelyesi Federasiyası tərəfindən təşkil olunan dekorativ incəsənətə dair digər salonlar haqqında məlumat verərək, Azərbaycanı bu salonlarda da görmək arzusunu ifadə edib. “İncəsənət peşələri bu narahat dünyada yaxşı bələdçidir. Tam optimist, davamlı həyat və yaradıcılıq məkanları kimi bu peşələr ümid, təxəyyül və şənlik daşıyıcılarıdır”, -deyə O. Taon geniş bədii miqyasa malik belə yaradıcılıq və sənətkarlıq salonlarının beynəlxalq incəsənət dialoqu məkanı olduğunu bildirib.

“Burada nümayiş etdirilən “Gündüz və gecə “ əsərinin hələ şəklini görəndə heyran olduq, əsərin özünü görmək və onun hansı materialdan hazırlanması ilə çox maraqlandıq. Bu gün bu əsər salonumuzu şərəfləndirir. Əminəm ki, ziyarətçilər bu əsər vasitəsilə Azərbaycanı daha dərindən kəşf edəcəklər”,-deyə Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti diqqətə çatdırıb.

Heykəltəraş Elvin Nəbizadə belə bir biennaledə iştirak etməkdən şərəf duyduğunu bildirib. “Müasir dünyada mövcud təlatümlər və mürəkkəb hadisələr, eləcə də pandemiya yaradıcı insanlarda sənət ruhunu müəyyən dərəcədə zəiflətmişdir. Təşəbbüsü və dəstəyi ilə yaradıcı ruhumu canlandırdığı, belə möhtəşəm biennaledə iştirak etməyimə imkan yaratdığı üçün Heydər Əliyev Fonduna, onun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”,- deyə E. Nabizadə qeyd edib.

Əsəri haqqında məlumat verən müəllif “Gündüz və gecə” instalyasiyasının ikili xarakter daşıdığını deyərək, onun interaktiv olduğunu vurğulayıb. Bildirib ki, ziyarətçilər instalyasiyanın ətrafında dolaşaraq, əsərin bir hissəsinə çevrilərək, onu daha dərindən hiss edəcəklər.

“Gündüz və gecə” instalyasiyası müasir dövrdə vacib problemlərdən olan təbiətin və ətraf mühitin çirklənməsi, plastik tullantılar ilə mübarizə məsələsinə diqqəti cəlb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video