Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Saatlı rayonunda inşa olunan 360 şagird yerlik yeni məktəb şagirdlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbi 1994-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. Ötən müddətdə bina istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni məktəb binasının inşasına ehtiyac yaranmışdı.
Heydər Əliyev Fondunun təhsil sahəsindəki daha bir layihəsi də məhz bu səbəbdən Saatlı rayonunu əhatə edib.
Yeni məktəb binası üçmərtəbəlidir və 4 korpusdan ibarətdir.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Burada 17 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Məktəbin direktoru Mövlud Cəlilov AZƏRTAC-a müsahibəsində bildirib ki, kənddəki məktəb də 30 il əvvəl fəaliyyətə başlayıb. Doqquz illik sistemdə fəaliyyət göstərən məktəb illər ərzində getdikcə yararsız vəziyyətdə düşdüyündən Heydər Əliyev Fonduna müraciət etdik. Müraciətimiz operativ şəkildə cavablandırıldı və çox keçmədən yeni məktəb binası inşa edildi. Bu il birinci sinfə qədəm qoyan 18 şagirdimiz var. Vaxtilə məktəb yararsız vəziyyətdə olduğundan şagirdlərimizin çoxu qonşu kəndlərdə daha yaxşı şəraiti olan təhsil ocaqlarına üz tuturdular. Yeni məktəb binası tikiləndən sonra nəinki həmin şagirdlər, hətta digər qonşu kəndlərin şagirdləri də bu məktəbdə təhsil almaq istədiklərini bildirirlər.
“Məktəbin məzunlarından Zeynali Dursunov və Cavanşir Ağayev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Məzunlarımız arasında ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr göstərənlər var. Məktəbin 11 illik sistemə keçməsi istiqamətində də işlər aparılır. İnanıram ki, yeni məktəb binasında təhsil alan şagirdlər daha yaxşı nəticələrlə fərqlənməyi bacaracaqlar”, - deyə M.Cəlilov qeyd edib.
Məktəbin şəhid məzunu olan Zeynali Dursunovun atası, Günəşli kənd sakini Əlləz Dursunov övladının məzun olduğu məktəbə yeni nəfəs verilməsinin onu və ailə üzvlərini çox təsirləndirdiyini bildirərək deyib: "Üç qızım şəhid qardaşlarının təhsil aldığı məktəbdə elmin sirlərini öyrənməyə davam edəcək, yeni biliklərə yiyələnəcəklər. Övladımın xatirəsinin də əbədiləşdirilməsi, xüsusi lövhənin quraşdırılması, hər gün məktəbin şagirdlərinin onun qarşısından keçərək sinif otaqlarına daxil olması ailəmiz üçün böyük məna kəsb edir. Bir şəhid ailəsi olaraq göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk”.
Məşhur atlet intihar edib
Premyer Liqa klubu sükanı kimə tapşıracağını bəlli etdi - SON DƏQİQƏ
Emin Mahmudov niyə bu statusdan MƏHRUM EDİLDİ?
Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrası məsələsindən danışdı
İqtisadiyyat sahəsində Nobel mükafatının laureatlarının adları açıqlanıb
Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edib
Növbəti 50 ildə gözlənilən 7 əsas astronomik hadisə açıqlanıb
Əsas kapitala yönəldilmiş investisiyaların 72 faizdən çoxu tikinti işlərinə sərf olunub
Azərbaycanlı maliyyə eksperti Qazaxıstanda bir neçə modulu özündə birləşdirən layihə təqdim edib
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub
Tramp seçkilərdə ordudan istifadənin mümkünlüyünü istisna etməyib
ANAMA: Ötən həftə 625 partlamamış hərbi sursat zərərsizləşdirilib
Kurban Berdiyev klubun sahibindən 1 milyonluq hücumçu istədi!
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Multikultural dəyərlərin qorunması və təbliği ilə bağlı treninq təşkil olunub
"Neftçi"də baş məşqçi postuna yenidən Samir Abasov gəririlir
Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşları icra edib
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycandan nəql olunan neftin 12,8 faizi SOCAR-ın payına düşüb
Ukraynanı çətin qış gözləyir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!