Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Onun uşaqlıq çağları ölkədə gərgin ictimai-siyasi hadisələrin bir-birini əvəz etdiyi illərdə keçdi. O vaxtlar gördüyü dəhşətləri, çəkdiyi acıları kim Mirvarid xanımın özü kimi təsvir edə bilər ki?! "Mən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır". 1998-ci ilin yanvarında "Biz od üstündə doğulduq" adlı məqaləsində yasadığı bu sətirlərlə Mirvarid xanım təlatümlər içərisində keçən illərin ağrısını unutmadığını bəlli edirdi...
1912-ci il avqustun 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində dünyaya gələn Mirvarid xanım Azərbaycanın məşhur nəsillərindən birinin, tarixi mənbələrdə Qaray, Qaraylı, Qaraman kimi bəhs edilən - Dilbazilərin qızı idi. Dilbazi adı ulu babaları Molla Ali ağanın ləqəbi olmuşdu. Araşdırıcılar əvvəlki adının Xanoğulları kimi qeyd edildiyini, Xanlıqlar kəndinin onların tarixi yurd yerləri olduğunu bildiriblər.
Bir sıra sahələrdə istedadları, bacarıqları ilə məşhur olan Dilbazilərə şairlik şöhrətini Mirvarid Dilbazinin ulu babası, "Şair" təxəllüsü ilə şeirlər yazan Əbdürrəhman ağa gətirib. Əbdürrəhman ağa Dilbazinin adı Azərbaycan ədəbiyyatı tarixinə düşüb.
"Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən kişilər də yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı", - deyirdi şair.
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları" xatirələr kitabında bəhs etdiyi atası Paşa bəy cavan yaşında vəfat edib. Mirvarid xanım Daş Salahlı kəndində babası Mustafa ağanın mülkündə yaşadı. Həmin kənddəki Heydər əfəndinin ibtidai məktəbində təhsil almağa başladı. Anası və bacısı ilə 1921-ci ildə Bakıya köçdü. Mirvarid xanım xatirələrində bu barədə yazıb: "Atamın şəhid olmasıyla doğma kəndimizdən, buz bulaqlı meşələrimizdən ayrılıb, anamızın göz yaşlarını qəlbimizə axıda-axıda bacımla mənim Daş Salahlı və şəhər həyatımız başlayıb".
Mirvarid xanım bacısı Yaqut xanımla birgə Qızlar Seminariyasında təhsilini davam etdirdi. Seminariyada böyük həvəslə, sonsuz maraqla oxuyub-öyrənirdilər. Maddi çətinliklərin, mənəvi zərbələrin onları ruhdan salmağa gücü yetmirdi. İyirmi altı yaşından dul qalan, iki qızına ümid bağlayan anaları ilə keçən o ağrılı-acılı günləri Mirvarid xanımın xatirələrində belə qalmışdı: "Bacım Yaqutla mən bir "ləğv" olunmuşların qalqısı idik. Odur ki, bizim haqqımızda yaxşı insanlar yaxşı söz deməkdən çəkinirdilər. Şükür ki, pis söz də deyən yoxdu. Mərkəzdə oxuduğumuz ali məktəblərdən Xanlıqlar, Daş Salahlı kəndlərinə bizim haqqımızda göndərilən sorğulara xeyrimizə cavablar gəlirdi. Biz iki bacı, bir ana camaatın köməyi ilə sürgünlərdən, qırğınlardan uzaq olduq. Lakin maddi məhrumiyyətin pəncəsindən qurtara bilmədik. Çünki var-yoxumuz babamın evində qalmışdı". Onlar İçərişəhərdə məşhur folklorşünas Əbülqasım Hüseynzadənin evində balaca bir otaqda qalırdılar.
Mirvarid Dilbazi Qızlar Seminariyasını bitirib Biləcəridəki onillik dəmiryol məktəbində işə başladı. Tezliklə bacarıqlı müəllim kimi tanındı. 1928-ci ildən şəhərdə rus məktəbində dərs dedi. Ali təhsil almaq arzusunu reallaşdırdı. Bacısı Yaqut xanım da, o da Ali Pedaqoji İnstituta daxil oldular. Maddi vəziyyətləri ağır idi. Yaqut xanım 19 nömrəli məktəbdə işlədi ki, kiçik bacısı ali təhsil ala bilsin. 1929-cu ildən Ali Pedaqoji İnstitutun Ədəbiyyat-ictimaiyyat fakültəsində oxuyan Mirvarid xanım Əli Nazim, Əli Sultanlı, Bəkir Çobanzadə kimi böyük pedaqoqlardan dərs aldı.
O, bədii yaradıcılığa təhsil illərində başladı. "Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı jurnalda dərc edildi. 1920-ci illərin sonlarında yazdığı "Zəhra", "Qurtuluş", "Qadın" şeirləri də həmin jurnalda işıq üzü gördü.
1932-ci ildə ali məktəbi bitirdi. Təyinat üzrə Quba Partiya Məktəbində müəllim işlədi. Bakıya iki il sonra qayıtdı. 1934-1938-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, 1938-1940-cı illərdə Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi kimi fəaliyyət göstərdi.
Sovet hakimiyyətinin repressiya siyasətinin vurduğu ağır yaralar Mirvarid Dilbazinin də qəlbinin əbədi ağrısı oldu. 1920-ci ildə, Aprel işğalından sonra üzləşdikləri faciələri qüssə ilə yada salırdı Mirvarid xanım. "37-ci ilin fəlakətli günləri, gecələr döyülən qapılar, 18 yaşlı dayımın aparıldığı qara maşının arxasınca tökülən göz yaşlarımız, onun Sibir cəhənnəmindən gələn məktubları, babamın həbsi, daha nələr... nələr...". Mirvarid Dilbazinin babasının qəbri 18 yaşlı oğlu ilə birlikdə Qazaxıstan çöllərində qumlar altda qaldı. Ağbirçək nənəsi ordan tək qayıtdı. Mirvarid xanım yazırdı ki, ziyalı dayılarının qəbirləri Türkiyənin Amasiya şəhərində bir dağ ətəyində, anasının, nənəsinin qəbirləri Bakıdadır.
Onun həyatı kimi, yaradıcılıq yolu da asan olmadı. Qələmdən, əməkdən, qeyrətdən, xalqına, sənətinə məhəbbətdən başqa köməkçisi olmayan isdedadlı şair bütün mənəvi ağrılarına, maddi ehtiyaclarına, repressiya siyasətinin gətirdiyi təhlükələrə, qorxulara rəğmən, yazıb-yaratdı. O, şeirlər, "Məhsəti", "Əlcəzairli qız", "Partizan Aliyə", "Aveydağla söhbət" və digər poemalarını, "Xocalı fəryadı", "Məhsəti" pyeslərini qələmə aldı. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuel Marşak və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini dilimizə tərcümə etdi. Öz əsərləri də xarici dillərə tərcümə olundu. Fikrət Əmirov, Süleyman Ələsgərov, Tofiq Quliyev, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqa bəstəkarlar Mirvarid Dilbazinin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələdilər.
Mirvarid Dilbazi müxtəlif illərdə Xalq şairi, Əməkdar mədəniyyət işçisi fəxri adlarına, Dövlət mükafatına, "Əmək igidliyinə görə" medalı, iki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", "İstiqlal" ordenlərinə layiq görüldü.
Həyatı kəşməkeşlər içərisində keçən şair ahıl çağında bütün dərdlərini üstələyən Qarabağ dərdini də gördü. Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də Qarabağ nisgili ilə dünyadan köçdü.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Livanda peycerlərlə bağlı qadağa tətbiq edildi
Gürcüstan parlamentinin Sədri ABŞ-nin sanksiyalarını ölkəyə hücum kimi qiymətləndirib
Türkiyə Ukrayna ilə bağlı danışıqların gündəliyini açıqlayıb
Avropa Parlamenti Aİ ölkələrini Kiyevin Rusiyaya hücum etməsinə icazə verməyə çağırıb
Livanda peycer və rasiyaların partlaması nəticəsində 37 nəfər həlak olub
Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri yüksək qiymətləndirilib
Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər
Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur
“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub YENİLƏNİB
Yutubda bir neçə yeni funksiya əlavə olunub
Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib
Sabiq “Arsenal”lı həbs edildi
“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib
Təcili qanı artıq dronlar çatdıracaq
EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında
Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik
Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu
Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK
"Əl-Nəsr" italiyalı mütəxəssisə tapşırılıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!