30 May 2022 12:41
2114
Səhiyyə
A- A+

Hər rəngin öz xüsusiyyəti var

Həyat tərzimizin bir parçasına çevrilən rənglər ruhi və fiziki sağlamlığa birbaşa təsir edir. Rənglərin həmin funksionallığını bir sıra psixoloji durumlarda da müşahidə etmək olur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: “Rənglərin psixologiyaya həm müsbət, həm də mənfi təsirləri var. Alimlərin apardığı araşdırmalara görə, rənglər beyni rahatladır, dincəldir, bir sıra müsbət keyfiyyətlər əmələ gətirir. Mənfi, xoşagəlməz rənglərin əhatə etdiyi mühitdə neqativ aura sıxmağa başlayır və gərginlik yaradır, qan təzyiqi və digər sağlamlıq problemləri meydana çıxa bilər”.

Rəng terapiyasının əsas məqsədi insanlarla rənglər arasındakı auranı bütünləşdirməkdir. Araşdırmalara görə, insan aurası yeddi rəngdən ibarətdir. Onlar bədənimizdə müəyyən nizamla düzülüb və bu nizam bizi bir çox xəstəliklərdən qoruyur. İnsanın ruh halının dəyişməsi, həm də rəng nizamında baş verən proseslərlə əlaqələndirilir. Mütəxəssislərin araşdırmasına görə, xromaterapiyanın, yəni rəng terapiyasının köməyi ilə əsəb, yuxusuzluq, stress və s. problemləri aradan qaldırmaq mümkündür: “Gərginlik, stress yaşayanlar neqativ, sıxıcı rənglərin əhatəsində olanda onların psixologiyası daha da yüklənməyə və yorulmağa başlayır. Məsələn, deyək ki, hansısa bir rəngdə paltar geyinib evdən çıxmaq istəyiriksə, həmin rəngdə olan paltarı da geyinmək lazımdır. Əgər hansısa rəngi beynimizdə seçib digər bir rəngi seçib geyinəndə bütün gün sarsıntı və gərginlik içində keçəcək”, - deyə müsahibimiz bildirib.

Bütün rənglərin insan psixikasına təsiri var. Ona görə də psixoloqlar insanların rəng seçiminə daha diqqətlə yanaşmağını tövsiyə edirlər. İstər geyim, istərsə də mənzil interyerində həmin faktor çox vacib rol oynayır. Bundan başqa, imkan daxilində qara rəngdən az istifadə etmək lazımdır, çünki bu rəngin aurasında mənfi enerji çoxdur: Psixoloq deyib: “Gecə klublarında qırmızı rəngin çalarlarından ona görə daha çox istifadə olunur ki, vaxtın, saatın gedişi hiss olunmasın. Restoranların oturacaqlarının isə daha çox qəhvəyi rəngdə olması həmin məkanda əyləşənləri uzun zaman sərf etməkdən çəkindirmək, müəyyən bir vaxtdan sonra oranı tərki etmək məqsədi daşıyır. Yaşıl isə inam və ümid verən rəng olduğuna görə cərrahiyyə otaqlarında həm xəstəyə ümid vermək və sakitləşdirici mühit yaratmağa xidmət edir”.

Mavi və yaşıl rəng rahatlıq və soyuqluq təlqin etdiyinə görə qorxu hissinin aradan qaldırılmasında istifadə olunur. Bəzi ev interyerlərində ailənin ən kiçik sakinlərinin otağı məhz həmin rəngdə olur. Bundan başqa, mütəxəssislərin fikrincə, qırmızı rəng qanda adrenalini artırır, sarı rəng isə dəri xəstəliklərini və həzm probleminin həllində kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video