13 Oktyabr 2025 19:30
435
DÜNYA
A- A+
HƏMAS 20 israilli girovu azad edib  

HƏMAS 20 israilli girovu azad edib  


Əvəzində 1966 fələstinli məhbus həbsxanalardan buraxılır


HƏMAS iki ildən artıqdır Qəzza zolağında qalan son girovların birinci qrupunu Qırmızı Xaç Cəmiyyətinə təhvil verib. Bu, 2023-cü ilin oktyabrında İsrailə hücumdan sonra Qəzza zolağında başlayan müharibəyə son qoymağa zəmin yaradan sülh sazişinin əsas müddəasıdır. Medianın məlumatına görə, sərbəst buraxılma iki mərhələdə həyata keçirilib: əvvəlcə 7 girov, sonra daha 13 nəfər.

İlk yeddi girov Qəzza şəhərində Qırmızı Xaç təşkilatına təhvil verilib: Qali və Ziv Berman, Matan Angrest, Alon Ohel, Omri Miran, Eitan Mor və Qay Gilboa-Dallal.

Bazar ertəsi səhər Təl-Əvivin Girovlar Meydanında onların adlarının elan edilməsi gurultulu alqışlara səbəb olub.

Birinci qrupun azad edilməsindən 3 saat sonra İsrail mediası 13 nəfərlik girovlardan ibarət ikinci qrupun Qəzzanın cənubunda Qırmızı Xaç təşkilatına təhvil verildiyini və İsrailə yola düşdüyünü bildirib. Daha sonra İsrail Müdafiə Qüvvələri (İDF) azad edilmiş girovların vətənə gəldiyini və ilkin tibbi müayinədən keçməli olduqları barədə məlumat verib.

Girovların azad edilməsi ABŞ Prezidenti Donald Trampın planı və HƏMAS-a ultimatumu sayəsində mümkün olub.

Amerika lideri bazar ertəsi səhər Təl-Əvivə gəlib. Trampın təyyarəsini Ben-Qurion hava limanında İsrailin Baş naziri Binyamin Netanyahu və onun həyat yoldaşı, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, müşaviri Jared Kuşner və prezidentin qızı İvanka Tramp qarşılayıblar. O, azad edilmiş girovların ailələri ilə görüşüb və Knessetdə çıxış edib. Tramp daha sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer də daxil olmaqla, təxminən 20 dünya liderinin qatıldığı Sülh sammiti üçün Şarm əl-Şeyxə yollanıb.

Bu arada, Reuters agentliyi xəbər verir ki, bazar ertəsi azadlığa buraxılması planlaşdırılan 1966 fələstinli məhbusun hamısı İsrail həbsxanalarında avtobuslara miniblər.

2023-cü il oktyabrın 7-də də HƏMAS İsraildə 251 nəfəri əsir götürüb. Girovların arasında əcnəbi vətəndaşlar da olub. Ötən həftə elan edilən atəşkəsdən əvvəl Qəzzada 48 girovun qaldığı, onlardan 20-nin hələ də sağ olduğu bildirilib.

Ölənlərin cəsədləri tanınması üçün ekspertizaya aparılacaq. Yalnız bundan sonra İsrail tərəfi mübadilə üzrə üzərinə düşən hissəni yerinə yetirməyə başlayacaq - İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslar Qəzzaya köçürüləcək.

Mübadilədə hansı tanınmış fələstinlilərin yer alacağı ilə bağlı danışıqlar bazar günü davam edib və HƏMAS yeddi yüksək rütbəli fələstinlinin siyahıya daxil edilməsini istətib. Konkret olaraq, bunlardan biri 2004-cü ildə beş nəfərin ölümü ilə nəticələnən hücumların təşkilinə görə beş ömürlük həbs cəzasına məhkum edilmiş Mərvan Barqutidir. Barqutinin azad edilməsi qarşıdan gələn Fələstin Administrasiyasında keçiriləcək prezident seçkilərində qələbəyə iddialı ola biləcək ən nüfuzlu fələstinlilərdən birinin azadlığa buraxılması demək olardı. Azad olunmaq üçün digər mümkün namizədlər arasında 2008-ci ildə 30 il həbs cəzasına məhkum edilmiş Fələstinin Azadlıq Xalq Cəbhəsinin lideri Əhməd Səadət də var.

Son məlumata görə, İsrail həbsxanalarından azad edilmiş fələstinli məhbusları daşıyan 38 avtobusdan birincisi Qəzza zolağına daxil olub.

Sülh müqaviləsinin digər müddəaları isə bütün razılaşmaların yerinə yetirilməsi üçün 72 saatlıq vaxt ərzində keçirilir. Artıq Qəzzaya ərzaq gəlməyə başlayıb.

Razılaşmaya əsasən, mübadilədən əvvəlki üç günün hər birində ərzaq və zəruri ləvazimatlar daşıyan 600 yük maşını Qəzza zolağına buraxılmalıdır.

Sentyabrın əvvəlində israillilərin şəhərdə yeni hərbi əməliyyat elan etdiyi zaman oranı tərk edən minlərlə insan Qəzzaya qayıtmağa başlayıb. İkiillik müharibə Qəzzanı viran qoyub – BMT-nin hesablamalarına görə, ərazinin ən böyük şəhərindəki binaların dörddə üçü zədələnib və ya dağılıb.

İsrailə getməzdən əvvəl Tramp “Qəzzada müharibənin bitdiyini” və atəşkəsin “saxlanacağını” bəyan edib.

Misir rəsmilərinin sözlərinə görə, Tramp administrasiyasının danışıqlara kömək etdiyi sülh planı Şarm əl-Şeyxdə rəsmi olaraq imzalanacaq və sülh prosesinin sonrakı mərhələləri müzakirə olunacaq.

Hələlik Sülh planının yalnız ümumi konturları aydındır: Qəzza zolağının təxminən yarısının hələ müəyyən edilməmiş bir müddət ərzində İsrailin nəzarətində qalacağı güman edilir. HƏMAS-ın ərazinin idarə olunmasında birbaşa və ya dolayı rolu olmayacaq, baxmayaraq ki, qrup hələ tərksilahla bağlı öhdəlik götürməyib. Ərazinin Fələstin texnokratlarından ibarət keçid komitəsi tərəfindən idarə ediləcəyi və Donald Trampın sədrlik etdiyi “Sülh Şurası”nın nəzarəti altında olacağı gözlənilir. 

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!