Həkim-dermatoloq: Xallara ehtiyatla yanaşmaq lazımdır
El arasında xallarla əlaqədar çoxlu inanclar var. Onun varlığı xüsusilə qızlarda gözəllik əlaməti kimi qeyd edilir. İndi də həmin yanaşmaya inananlar və onu gözəllik əlaməti kimi qəbul edənlər, hətta dərisinə, üz nahiyəsinə süni xal əlavə etdirənlər də var.
Lakin gözə xoş görünən xallar forma və quruluşuna görə fərqləndiyi kimi, xüsusiyyətinə görə də müxtəlif olur.
AZƏRTAC xəbər verir ki, tibb elmləri doktoru, professor, dermatoloq Zülfüqar Fərəcovun dediyinə görə, anadangəlmə və sonradan qazanılan xallar təyinatına görə eyni olmur: “Xallar dəri səviyyəsindən yüksəkliyə qalxmır və ləkə şəklində, qaramtıl və yaxud tünd çəhrayı rəngdə ola bilər. Bəzi hallarda açıq çəhrayı, bəzi hallarda damar mənşəli xallar qırmızımtıl, hətta mavi rəngdə olur. Eyni zamanda virus mənşəli xallar da var”.
Dermatoloqun dediyinə görə, müxtəlif xəstəliklərlə əlaqədar, eləcə də endokrinoloji pozuntular, hormonal disbalans, eyni zamanda travma və ultrabənövşəyi şüaların təsiri nəticəsində də bədəndə xallar əmələ gələ bilər.
Xallar həm xoş, həm də bəd xassəli ola bilər. Həkim bu sahədə həssas olmağı məsləhət görür: “Xalların üzərində tüklər olması onun xoşxassəli olduğunu göstərir. Xallar dəri səviyyəsindən yüksəyə qalxırsa, üzərində paycıqlar və tüklər varsa bu, şübhəsiz ki, xoşxassəli sayılır. Ümumiyyətlə, xallara çox ehtiyatla yanaşmaq, onları qıcıqlandırmamaq lazımdır. Erkən yaşda əmələ gələn xallardan qorxmamaq lazımdır, çünki müəyyən müddətdən sonra onlar öz-özünə də sorula bilər. Xallarda artım olarsa, rəngində dəyişikliklər yaranarsa, subyektiv hissiyyatlar meydana gələrsə, kənarları girintili-çıxıntılı olarsa, bədxassəli olmaq ehtimalı var və mütləq mütəxəssislə məsləhətləşmək vacibdir”.
Dermatoloq onu da qeyd edib ki, xallara kortəbii şəkildə müdaxilə etmək olmaz.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq ...
25 Aprel
Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib
25 Aprel
Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB ...
25 Aprel
Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir ...
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçi...
25 Aprel
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb ...
25 Aprel
Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
25 Aprel
Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir
25 Aprel
İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatl...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!