06 Iyul 2022 12:41
1294
Səhiyyə
A- A+

Hava dəyişkənliyinin orqanizmə təsiri

 

Havanın dəyişkən olması insan orqanizminə təsirsiz ötüşmür. Bu cür hava ürək-damar xəstəlikləri olanlara mənfi təsir göstərir. Mütəxəssislərin fikrincə, havanın qəfil dəyişməsi insanlarda bioloji və zehni problemlər yaradır.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Günay İsmayılovanın dediyinə görə, belə havalarda hər kəs özü özünün həkimi olmalı və özünü müşahidə altında saxlamağı bacarmalıdır: “Havanın orqanizmə birbaşa təsiri var. Təmiz hava ilə nəfəs almaq sağlamlıq üçün çox faydalıdır. Bu, orqanizmin bütün hüceyrə və toxumalarını qoruyur, bundan başqa əsasən ürək-damar və beyin fəaliyyətini yaxşılaşdırır, immun sistemini möhkəmləndirir. Meteohəssaslıq qısa müddətli baş ağrısı, yorğunluq, ürəkdöyünmə və ümumi zəifliklə özünü daha çox büruzə verir”.

Hava bəzən insanlara psixoloji baxımdan da mənfi təsir göstərir. Psixoloq Rafiq Allahverdiyevin dediyinə görə, yayda Günəş şüasi çoxalır, buxarlanma həddindən artıq çox olduğuna görə sanki oksigen azalır: “Çox vaxt yay aylarında insanlar işləyəndə, yorulanda, yaxud uzaq bir məsafəni piyada qət edəndə hava çatışmazlığı hiss edirlər. Onlara məşğul olduqları sahədə yorulduqlarını və istirahət etməyə ehtiyac olduğunu bildirirlər. Əslində eyni iş sistemi, eyni iş prinsipi payızda, qışda, yazda da olur, lakin həmin fəsildə o qədər də istirahətə meylli olmurlar. Yayda ruh düşkünlüyü, hansısa bir uğursuzluqdan dərhal depressiyaya düşmək, başladığı işi yarımçıq qoymaq halı ilə daha tez-tez üzləşmə baş verir”.

Psixoloqların qənaətinə görə, insan hansı fikri özünə yaxın buraxırsa, ətrafa da o cür enerji yayır. Pozitiv düşünəndə xoş, neqativ düşünəndə isə mənfi hadisələrlə üzləşir. Ona görə də havadan asılı olmayaraq həmişə pozitiv düşünməyə çalışmaq lazımdır ki, ətrafa da müsbət enerji yayılsın.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video