19 Yanvar 2022 11:54
430
Səhiyyə

Gözə təsir edən şüalar

 

Təbiətdə gözlə görülməyən bir çox şüalar mövcuddur. Texnika və müasir texnologiyalarsız ötüşməyin mümkün olmadığı indiki dövrdə hər gün istifadə etdiyimiz telefon, planşet, televizor və kompüter kimi cihazlardan əks olunan ultrabənövşəyi şüalar göz yorğunluğu, yuxusuzluq və göz quruluğunun yaranmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, həkim-oftalmoloq Gülnar Əliyevanın dediyinə görə, mavi işığa 15-45 yaş aralığında olanlar daha çox məruz qalırlar: “Gözün ön hissəsinə, genetik olaraq gözün arxa hissəsində xəstəlikləri olanlarda onun daha da şiddətləndiyi və həmin hala rastgəlmə tezliyinin daha da artdığı müşahidə olunur. Həmin xəstələrə quru göz sindromu diaqnozu qoyulur. Sindromun rastgəlmə tezliyinin səbəbi kompüter və planşetlərdən çox istifadə olunan zaman həm gözün qırpılmasının azalması, həm də texniki vasitələrdən gözə gələn təsirdir.

Gözə düşən şüalar 420 nanometrdən çox olmamalıdır. Şüaya məruz qalan gözlərdə yaranan narahatlıqları aradan qaldırmaq üçün göz yaşı damcıları və qoruyucu eynəklərdən istifadə olunur. Həkim-oftalmoloq deyib: “Həmin xəstələrin üzləşdikləri sindromdan müalicə etməklə yanaşı həm də gözü şüadan qoruyan eynəklər təyin olunur. Bundan sonra həmin xəstələrdə quru göz sindromunun, o cümlədən, batma, yanma və yad cisim hissiyyatının azaldığının şahidi oluruq”.

Qoruyucu eynəyin düzgün seçimi göz sağlamlığı üçün çox vacibdir. Eynək yüngül və plastik olmalı, burun və qulağın arxa hissəsində narahatlıq yaratmamalıdır. Həmin eynəklər günəş şüalarının da təsirini azaldaraq baş ağrısı və göz yorğunluğunu aradan qaldırmağa kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video