09 Dekabr 2021 00:22
1131
Mədəniyyət
A- A+

“Göyçək Fatma” Sumqayıtın qonağı  olub

 

Sumqayıt Dövlət Dram Teatrında Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın quruluş verdiyi “Göyçək Fatma” tamaşası kiçikyaşlı tamaşaçılara təqdim edilib.

Tamaşadan öncə teatrın direktor müavini, Əməkdar artist Vidadi Məmmədov qeyd edib ki, Sumqayıt Dövlət Dram Teatrı hər zaman özünün sadiq kiçikyaşlı tamaşaçılarını düşünərək onların asudə vaxtlarını xoş keçirmələri, mənən zənginləşmələri üçün dəyərli tamaşalara yer verir.

Daha sonra nağıl-tamaşa  təqdim olunub. Böyük maraq və alqışlarla qarşılanan tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, quruşçu rəssamı Elşən Sərxanoğludur. Rəqslərin quruluşu isə Rusiya Ali Teatr Məktəbinin məzunu Vüsal Mehrəliyevə məxsusdur.

Rollarda Aynur Hümmətova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Gülnarə Qədirova, Mətanət Əmrullayeva, Yeganə Məmmədəliyeva, Elmir Mehdiyev, Kamran Muradlı, İlqar İbrahimov, Rövşad İlyasov, Ceyhun Məhərrəmov, Şəmistan Süleymanlı, Fizuli Qərənizadə, İradə Zeynalova çıxış ediblər.

 

A.ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video