Gənclər və idman naziri və Milli Olimpiya Komitəsinin baş katibi Gəncə İdman Sarayının inşaat işlərinin gedişatı ilə tanış olublar
Gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev tikilməkdə olan Gəncə İdman Sarayının inşaat işlərinin gedişatı ilə tanış olublar.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bundan əvvəlki baxış zamanı tövsiyə olunmuş məsələlərin icrası barədə məlumat verilib. Müzakirələr zamanı idman sarayının funksionallığının artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Gəncə şəhər stadionunun mövcud vəziyyəti ilə də tanışlıq olub. “Kəpəz” futbol klubunun direktoru İlqar Nadiri və baş məşqçisi Tərlan Əhmədov komandanın hazırkı şəraitdə məşq prosesi barədə məlumat veriblər. Stadion ərazisində inşa edilən futbol akademiyasının tikintisi ilə bağlı müzakirələr aparılıb, köməkçi meydançalara baxış keçirilib. Gələcəkdə stadionda yenidənqurma işləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Fərid Qayıbov, həmçinin Şəki Olimpiya İdman Kompleksində idman bölmələrinin fəaliyyəti ilə də tanış olub. Üzgüçülük, voleybol, gimnastika, karate, cüdo və güləş bölmələrində məşq prosesini izləyib, idmançılarla söhbət edib. Söhbət zamanı idman federasiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsi, məşhur idmançıların regionlarda uşaq idmançılarla görüşlərinin təşkilinin önəmi də qeyd olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinlə...
19 Aprel
EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib
19 Aprel
Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə e...
19 Aprel
Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB
19 Aprel
Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb
19 Aprel
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
19 Aprel
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasimi keçirilib
19 Aprel
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
19 Aprel
Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər
19 Aprel
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!