25 Iyun 2022 02:51
500
CƏMİYYƏT
A- A+

Gəncənin su və yol problemləri paralel həll olunur

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun  sakinlərlə  görüşləri artıq ənənə halına çevrilib. Belə görüşlərdə o, sakinləri narahat edən məsələlərlə yerində tanış olur, müvafiq tədbirlər görür.

Növbəti görüş şəhərin 18 nömrəli tam orta məktəbində keçirilmişdir. Yerli icra orqanlarının,  idarə, müəssisə və təşkilat rəhbərləri, habelə ətraf ərazidə yaşayan sakinlərin iştirakı ilə keçirilən görüşdə qaldırılan bütün məsələlərə həssaslıqla yanaşılmış, sakinlərin arzu və istəklərinin bir çoxu yerindəcə həll edilmişdir.

Müraciətlər arasında işlə təminat, qaz və su sayğaclarının quraşdırılması, ev növbəliyi, şəhərin bir sıra ərazilərində asfalt yol örtüyünün yenilənməsi və digər məsələlər yer almışdır. Sakinlərə məlumat verilmişdir ki, yolların asfaltlanması məsələsi daim nəzarətdədir. Bildirilmişdir ki, Gəncə şəhərində su xətlərinin yenilənməsi məqsədilə "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi icra olunur. Layihə çərçivəsində işlər "Azərsu" ASC-nin sifarişi ilə "Azəraqrartikinti" ASC tərəfindən görülür. Gəncə şəhərinin küçə və prospektlərinin, məhəllə və qəsəbədaxili yollarının asfaltlanması, abadlıq işlərinin görülməsi də sözügedən layihəyə paralel şəkildə aparılır. Belə ki, təkrar qazıntı işlərinin aparılmaması üçün layihənin icra edilmədiyi və ya tam yekunlaşmadığı ərazilərdə asfalt və bərpa işlərinin görülməsi məqsədəuyğun hesab edilmir. Layihə çərçivəsində işlərin tam başa çatdırıldığı küçə və prospektlərdə isə cari il ərzində asfalt işlərinin görülməsi nəzərdə tutulur.

 

S.ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video