08 Fevral 2023 02:57
486
SİYASƏT
A- A+

Gəncəlilər qardaş türk xalqının yanındadır

 

Gəncəlilər Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra qardaş ölkənin Gəncədəki Baş konsulluğunun qarşısına axın edir, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq konsulluğun önünə gül dəstələri düzürlər.
Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop anım mərasiminə gələn bütün gəncəlilərə minnətdar olduğunu bildirmişdir: "Əsl qardaş dar gündə sınanar. Ancaq biz bunu sınaq hesab etmirik. Çünki mərhum Ulu Öndər Heydər Əliyev bizi iki dövlət, bir millət adlandırıb. Türkiyə ilə Azərbaycan qardaşlığı əbədidir. Türkiyədə baş verən zəlzələ qardaş Azərbaycan xalqını da sarsıtmışdır. Bunu bura gələn insanların üzlərindəki kədərdən də görürəm". 
Anım mərasiminə gələn Ayaz Əliyev deyir ki, Türkiyədə baş verən  zəlzələ onu da kədərləndirib: "Həmin gündən özümə yer tapa bilmirəm. İnsanların həlak olması və yaralanması məni olduqca sarsıdıb. Həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirəm".
Natiq Məmmədov isə ürək sözlərini belə ifadə etdi: "Mən deməyə söz tapmıram. Təbii fəlakət zamanı bu qədər insanın həlak olması qəlbimi çox ağrıdır. Uçqunlar altında qalan insanların vəziyyətini çox yaxşı başa düşürəm. Yadımdadır, 44 günlük Vətən müharibəsində ermənilərin Gəncəyə atdıqları raketin dağıtdığı ərazilərdə çoxlu sayda insan uçqunlar altında qalmışdı. Hansı çətinliklə onların uçqunlar altından çıxarılmasını gözlərimlə görmüşəm". 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhərin digər icra orqanlarının nümayəndələri də anım mərasiminə qatılıblar. N.Bayramov Recep Öztopa baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib. 

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video