07 Sentyabr 2022 00:58
477
Təhsil
A- A+

Gəncədə yüksək balla ali məktəblərə daxil olan gənclərlə görüş keçirilib

 

Gəncədə yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib. Görüşü giriş sözü ilə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb. 
O bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil respublikamızın layiqli vətəndaşları olmalarına şərait yaradır. Şəhər rəhbəri gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb və gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinn rəisi Anar Qədiməliyev çıxış edərək qeyd edib ki, 2021-2022-ci tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərini 2816 nəfər gənc bitirib ki, bunlardan da 1249 nəfəri respublikanın ali məktəblərinə, 158 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olunub. 49 nəfər məzun 600-dən, 12 nəfər isə 650-dən yuxarı bal toplayıb. Bununla yanaşı, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin 11B sinfinin bütün məzunları tələbə adını qazanıblar.
Çıxış edən məzunlar onlara göstərilən etimadları doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Ali məktəblərə yüksək balla daxil olan məzunlara hədiyyələr təqdim olunduqdan sonra Niyazi Bayramov Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, 11B sinfinin rəhbəri Jalə Məmmədovanı Gəncə şəhərinin təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə "Təşəkkürnamə" ilə təltif edib.
Sonda xatirə şəkli çəkdirilib.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video