22 Oktyabr 2021 00:18
3507
Oxucu məktubları

Gəlin dərindən düşünək

 

Son iki ildə “COVID-19”un bəşəriyyəti ölümlərlə sınağa çəkən, faciələrlə müşayət olunan problemlərinin həyatımızda ciddi dəyişikliklərə səbəb olduğu hər kəsə məlumdur.

Bu reallıqlar içində elə məsələlər var ki, biz ona əvvəlki münasibətimizi dəyişməliyik. Mən hər zaman aktual olan narkomaniyaya qarşı mübarizəni nəzərdə tuturam. Gündəlik həyatımızda qarşılaşdığımız üçün ürək ağrıdan mənzərələr biz yaşlı nəsli çox rahatsız edir. Bəşəriyyətin “ağ ölüm” adlandırdığı bu bəla bir çox faciələrimizin gerçək mayasıdır. Artan boşanmalar, dağılan ailələr, fərqli məişət zorakılıqları, oğurluq, qətllər, intiharlar əksər hallarda narkomaniyanın fəsadlarıdır.

Hörmətli redaksiya, mən bir ağsaqqal kimi demək istəyirəm ki, biz narkomaniyaya qarşı mübarizəni yanlız polisin, hüquq-mühafizə orqanlarının öhdəsinə buraxmamalıyıq. Özümüz də bu mübarizədə fəal, gözüaçıq olmalıyıq. Lakin oluruqmu? Təəssüf ki, qonşunun, dostun, tanışın narkomaniya ilə bağlı dərd-sərinə, ağrı-acısına çox zaman biganə qalırıq, laqeyidlik göstəririk. Yalnız bəla ailəmizin nizamını pozanda hay-həşir salır, hamını qınayır, günahkar  axtarırıq. Amma öz suçumuzu görmürük. Heç bir  gənc bir anın içində,  qəflətən narkoman olmur. Bunun üçün bəzən aylar gərəkdir. Ona görə də formalaşmamış, bərkə-boşa düşüb bərkiməmiş yeniyetmələrin üzərində valideyn nəzarəti çox vacibdir. Ata-ana  bilməlidir ki, onların  övladları hara gedib-gəlir, kiminlə yoldaşlıq edir, boş vaxtlarında nə işlə məşğul olur.

Hər gün qarşılaşdığım bir mənzərəni qeyd etmək istəyirəm. Küçədə dəstə-dəstə uşaqları, daha doğrusu, yuxarı sinif şagirdlərini tez-tez görürəm. Diqqətimi çəkən isə odur ki, bu zaman hər 10 uşağın təxminən 7-8-i siqaret çəkir. Həm də nümayişkaranə, bunu bir üstünlük nümunəsi kimi göstərərək. Təbii ki, bu gün siqaret çəkən yeniyetmə sabahın narkomanıdır, deyə bilmərik. Amma siqaretin də ziyanlı vərdiş olduğunu bilirik axı.. Odur ki, ana evdə uşağının üst-başından, pal-paltarından siqaret iyini hiss etmirsə, atanı bu ziyanlı vərdişə qarşı tədbir görməyə sövq etmirsə, ailə gec-tez bunun altını çəkəcək.

 Hörmətli redaksiya, sözüm cəmiyyətədir. Bir araya gəlib narkomaniyaya qarşı kəsərli mübarizə tədbirləri tapmalıyıq, bunun üçün dərindən düşünməliyik, övladlarımızı “ağ ölüm”ün pəncəsindən qurtarmaq üçün  yollar axtarmalıyıq.

 

Aydın SƏFƏROV,

Bərdə şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video