07 Dekabr 2024 08:35
624
İQTİSADİYYAT
A- A+
"Gələn ilin büdcəsi vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına etibarlı maliyyə təminatı yaradacaq"

"Gələn ilin büdcəsi vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına etibarlı maliyyə təminatı yaradacaq"


Büdcə bir hesabat planı olaraq dövlətin maliyyə vəziyyətini əks etdirir, ölkədə milli gəlirin və ümumi daxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondlarının xərc istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini reallaşdırır. Bu, mütəxəssislərin dedikləridir.

Bütün bunları həyata keçirmək üçün öncə büdcə proseslərinin halqası olan layihə tərtib edilir. Bu zaman  ölkənin makroiqtisadi göstəriciləri ilə yanaşı,  proqnozları, müəssisə və şirkətlərin cari il üzrə iqtisadi göstəriciləri nəzərə alınır. Layihə büdcə ilinə 11 ay qalmış Milli Məclisdə müzakirə olunmağa başlayır. Parlamentin daxili nizamnaməsinə uyğun olaraq gələcək ilin büdcə layihəsi 3 dəfə oxunur və dekabrın 20-nə kimi təsdiq edilir. Bu isə qaydadır.

Bu günlər Milli Məclis həmin prosedurları özündə əks etdirən plenar islasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrini 2 oxunuşda geniş müzakirə edərək təsdiqləyib. Tərtib edilən büdcə zərfindəki layihələrdə sosial məsələlər, müasir çağırışlara uyğun olaraq müdafiə və milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük qayıdışın reallaşdırılmasına geniş yer verilib. Dünyanın mizan-tərəzisinin pozulduğu bir zamanda Azərbaycan xalqının rifahının  daha da yaxşılaşmasına və dövlətinin güclənməsinə xidmət edəcək büdcə layihəsinin bu cür hazırlanması təbii ki, təqdirəlayiqdir. Yeri gəlmişkən, qeyd edək ki, layihədə sosial sahələrə büdcə xərclərinin təxminən 41, dövlətin milli təhlükəsizliyinin təmin olunması, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılmasına 28 faiz ayrılması nəzərdə tutulub.

Nəzərdə tutulan həm də 2025-ci ilin büdcəsində Qarabağ və Şərqi Zəngəzurdan da daxilolmaların proqnozlaşdırılmasıdır. İşğaldan azad olunmuş ərazilərə qoyulan vəsait təkcə infrastrukturun qurulması, sosial layihələrin həyata keçirilməsi üçün deyil, bu, həm də sərmayədir. Bərpaolunan, yenidən tikilən  regiona Böyük qayıdış davamlı olaraq həyata keçirilir.  2026-ci ilin sonuna kimi 140 min keçmiş məcburi köçkünün köçürülməsinə 16 milyarddan çox vəsait xərclənəcək. Büdcə layihəsində nəzərdə tutulub ki, bu rəqəmin üstünə gələn il daha 4 milyard əlavə olunsun.

Qeyd etdiyimiz kimi, büdcə layihəsində planlaşdırılan əsas istiqamətlərdən biri də  sosial  müdafiə, sosial təminat, səhiyyə, təhsil, elmdir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu xərclərlə bağlı fikirlərini mətbuatda belə açıqlayıb: "Burada həm xərc həcm etibarilə yüksəkdir, həm də faiz etbarilə artıb, 41 faizi keçib. Büdcənin demək olar ki, yarısına yaxını. Büdcə vəsaitlərinin 17 milyard manatı buraya ayrılıb. Gələn ilin büdcəsini müstəqillik dövrümüzün ən böyük sosialyönümlü büdcəsi hesab edə bilərik. Eyni zamanda büdcə zərfinə daxil olan İşsizlikdən Sığorta Fondu və Sosial Müdafiə Fondunun da vəsaitlərində kifayət qədər artım var. Dövlət Sosial Müdafiə Fondunun vəsaitlərindəki artım cari ildəkinə nisbətən 10,5 faizdir". 

Gələn ilin büdcə layihəsində cəmiyyətin dövlətdən maliyyələşən ziyalı təbəqəsi olan müəllim, həkim, mühəndis, mədəniyyət işçilərinin ehtiyac meyarı da nəzərə alınıb. Musa Quliyevin dediyinə görə, bu zümrənin maaşında 60 manat artım olacaq. Aztəminatlı ailələrin vəziyyətinə gəlincə: "Gələn il yaşayış minimumu və ehtiyac meyarı da qalxır. Bu da imkan verəcək ki, ünvanlı sosial yardım alan aztəminatlı insanlarımızın aldığı ünvanlı sosial yardımın məbləği artsın. Bir nəfər üçün 285 manat təşkil edəcək. Hazırda 270 manatdır. Yəni ailədə 4 nəfərdirsə, artıq bu vəsait 1000 manata yaxın edəcək", - deyə Milli Məclisin komitə sədri bildirib.

Məlumdur ki, iqtisadiyyatın qeyri-neft sektoruna daxil olan kənd təsərrüfatı və turizm sektorları ilbəil inkişaf edir, yeniliklərlə diqqət çəkir. Aqrar sektor bu gün  iqtisadiyyatın vacib tərkib hissəsidir. Bu sahə əhalinin ərzağa və sənayenin xammala olan ehtiyacının ödənilməsinin, həmin istiqamətlərdə yerli istehsalın xüsusi çəkisinin artırılmasının başlıca amili kimi çıxış edir. Kənd təsərrüfatı ölkənin iqtisadi tərəqqisində müsbət impuls yaratmaqdan əlavə, sosial problemlərin həll edilməsi yönündə, xüsusən məşğulluğun təminatında da mühüm rol oynayır. Eləcə də turizm. Dünyanın hər  yerində olduğu kimi, ölkəmizdə də  turizm iqtisadiyyatın gəlirli sahələrindən biri sayılır. Odur ki, bu sahəyə ciddi maraq var. Həmin maraq hesabına turizm sektorunun davamlı inkişafı və genişlənməsi bu sektoru iqtisadiyyatın əsas qollarından birinə çevirib. 

Prezident İlham Əliyevin daxili siyasətdə prioritet saydığı hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması yönümündə atdığı addımlardan bəhs edən komitə sədri qeyd edib ki, prioritetlər dövlət başçısı tərəfindən olduqca dəqiq müəyyənləşdirilib və bu istiqamətdə də büdcəmiz bölünüb: "Gələn ilin büdcəsi kifayət qədər real bir büdcə olacaq və vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına etibarlı maliyyə təminatı yaradacaq".


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!