25 Yanvar 2023 14:32
823
İDMAN
A- A+

Formula 1: “Filarmoniya” tribunasına olan biletlərin hamısı satılıb

 

Aprelin 28-30-da keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün “Filarmoniya” tribunasına olan biletlərin hamısı satılıb.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) satış və kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev ilkin mərhələdə yarışa xaricdən daha çox marağın olduğunu bildirərək deyib: “Bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr arasında ilk üçlükdə müvafiq ardıcıllıqla Niderland, Böyük Britaniya və Gürcüstan yer alır. İndiyədək azarkeşlər tərəfindən ən böyük maraq 4 günlük tribuna biletlərinə göstərilib. Düşünürük ki, Bakıda ilk dəfə keçiriləcək sprint yarışı da satışların artmasına öz təsirini göstərib”.

Hazırda biletlərin 90-a yaxın ölkədən alındığını qeyd edən S.Gülmalıyev Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, ABŞ, Meksika kimi ölkələrin azarkeşlərinin üstünlük təşkil etdiyini bildirib.

Qeyd edək ki, sayca yeddinci dəfə keçiriləcək ilin ən mötəbər idman yarışına biletlər dekabrın 15-dən satışdadır. Sürətsevərlər Formula 1 Azərbaycan Qran-Prisini yerində canlı izləmək üçün biletləri BŞH-nin rəsmi internet səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video