15 May 2022 15:58
701
DÜNYA
A- A+

Finlandiya hökuməti NATO-ya üzvlük üçün rəsmi müraciət barədə qərar qəbul edib  

Finlandiya hökuməti NATO-ya üzvlük üçün rəsmi müraciət barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Helsinkidə baş tutan xüsusi mətbuat konfransında Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö və Baş nazir Sanna Marin bildiriblər.

Tədbirdə çıxış edən Baş nazir Sanna Marin deyib: “Bizim üçün ən vacib məsələ Finlandiyanın təhlükəsizliyidir. Lakin Finlandiya NATO üzvü kimi bütün alyansın təhlükəsizliyinə də öz töhfəsini verəcək”.

Sanna Marinin fikrincə, bu qərar Şimali Avropanı daha da gücləndirəcək, həmçinin Skandinaviya ölkələri üçün yeni əməkdaşlıq imkanları açacaq.

Öz növbəsində Finlandiya Prezidenti Sauli Niinistö NATO-ya üzvülük məsələsində Türkiyə ilə bir daha müzakirə aparmağa hazır olduğunu ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video