18 Yanvar 2022 16:20
645
İDMAN

FHN-in İdman-sağlamlıq klubunun rəisi bir sıra yarışlarda uğur qazanmış idmançılarla görüşüb

 

Yanvarın 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun rəisi bir sıra yarışlarda uğur qazanmış idmançılarla görüşüb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klubunun rəisi polkovnik Füzuli Musayev onları əldə etdikləri nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Xatırladaq ki, yanvarın 10-dan 16-dək Azərbaycan Boks Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks Mərkəzinin arenasında böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Çempionatda 13 çəki dərəcəsi üzrə 29 komandadan 100 idmançı qüvvəsini sınayıb. Yarışda FHN-in boks komandası İdman-sağlamlıq klubunun əməkdaşı İlkin Ağayevin rəhbərliyi ilə yüksək nailiyyətlər qazanıb. Belə ki, 86 kiloqram çəki dərəcəsində komandanın üzvü Eldar Quliyev bütün rəqiblərinə qalib gələrək qızıl, 51 kiloqram çəki dərəcəsində isə komandanın digər üzvü Nicat Abidov əzmkar mübarizə apararaq bürünc medala layiq görülüblər. Qaliblərə Azərbaycan Boks Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları təqdim olunub. Qeyd edək ki, yarışda uğur qazanmış mükafatçılar boks üzrə yığma komandanın heyətinə cəlb olunaraq beynəlxalq yarışlarda iştirak edəcəklər.

Yanvarın 14-dən 16-dək Masallı Olimpiya İdman Kompleksinin arenasında Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləş növü üzrə yeniyetmələr arasında Masallı rayon açıq turniri keçirilib. İki yaş qrupunda keçirilən və 40 komandadan 750-yə yaxın idmançının mübarizə apardığı yarışda FHN-in İdman-sağlamlıq klubunun güləş komandası klubun əməkdaşı Elmir Qəmbərovun rəhbərliyi ilə dörd idmançı ilə iştirak edib. Yeniyetmə oğlanlar arasında 60 kiloqram çəki dərəcəsində komandanın üzvü Nihad Əsgərov üç görüş keçirərək yarışın bürünc medalına sahib olub. Qaliblərə Azərbaycan Güləş Federasiyasının diplom və medalları təqdim olunub.

Yanvarın 14-dən 16-dək FHN-in Hövsan qəsəbəsindəki İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə 18 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda 41 komanda olmaqla 520-yə yaxın idmançı mübarizəyə qoşulub. Turnirdə FHN-in İdman-sağlamlıq klubunun cüdo komandası klubun əməkdaşı Fərid Ağakişiyevin rəhbərliyi ilə yüksək nəticə göstərib. Belə ki, qızlar arasında klubun xanım idmançısı 52 kiloqram çəki dərəcəsində Fidan Qasımova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Cüdo yarışlarını izləyənlər arasında olan gənclər və idman naziri Fərid Qayıbov qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplom və medallarını təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video