06 Yanvar 2023 13:51
635
Elm və texnika
A- A+

Feyxoanın biomorfoloji xüsusiyyətləri öyrənilib

 

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşları tərəfindən feyxoa bitkisinin botaniki təsviri və biomorfoloji xüsusiyyətləri öyrənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, aparılan elmi tədqiqatlar nəticəsində subtropik bitki olan feyxoanın Feijoa sellowiana Berg növünün Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirdiyi, becərilməsində xüsusi qayğıya ehtiyac olmadığı müəyyən edilib. Feyxoa yüksək gəlirli sitrus bitkisidir. Onun meyvəsindən qiymətli ərzaq malları, mürəbbə, cem, jele, marmelad, limonad və s. istehsal edilir. Feyxoa bitkisinin həmişəyaşıl olması və çiçəklərinin gözəlliyi ona dekorativlik verir. Feyxoa bitkisi Abşeronun quru subtropik iqlim şəraitinə uyğunlaşdığı üçün park və bağların yaşıllaşdırılmasında geniş istifadəsi məqsədəuyğundur.

Feyxoanın vətəni Cənubi Amerikanın subtropik zonasıdır. Botaniki təsvirə görə feyxoa mərsinkimilər (Myrtaceae R.Br.) fəsiləsinin Feijoa cinsinə daxildir və 3 növü vardır. Feyxoa torpaq şəraitinə çox da tələbkar deyildir. Lakin gilli-qumlu və münbit qatı olan, qrunt suyu dərində yerləşən torpaqları sevir. Feyxoa möhkəm gövdəli bitki olmasına baxmayaraq, yayda və qışda əsasən güclü küləklər onun boy atmasına və inkişafına pis təsir göstərir. Bitki torpağın üst qatında hər tərəfə yayılan dağınıq və zərif kök sisteminə malikdir. Cavan feyxoa bitkisi rütubətə daha çox tələbkar olur. Torpaqda rütubət çatmadıqda bitkinin boy atması və inkişafı ləngiyir.

Feyxoa çox faydalı, müalicə əhəmiyyətli bitki olub Azərbaycanda əsasən Lənkəran-Astara zonasında sənaye əhəmiyyətli təsərrüfat bitkisi kimi geniş miqyasda becərilir. İnsan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bitki olan feyxoanın tərkibi faydalı elementlərlə zəngin olduğu üçün müalicəvi təsiri yüksəkdir.

Feyxoanın mineral tərkibində kalium, maqnezium, dəmir, fosfor və sink elementləri çoxluq təşkil edir. Feyxoanın meyvəsində 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır. Xalq təbabətində feyxoanın meyvələri qalxanabənzər vəzinin xəstəliklərində, qəbizlikdə, podaqrada, təzə şirəsi isə raxit, sinqa və digər avitaminozlarda istifadə olunur.

Elmi təbabətdə feyxoanın meyvələri mədə-bağırsaq traktının iltihabi xəstəliklərində, hipoasid qastritdə və piolonefritdə, aterosklerozda, qalxanvari vəzin xəstəliklərində tireotoksikozlarda istifadə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video