09 Noyabr 2024 14:56
1096
SİYASƏT
A- A+
Əziz Ələkbərli: Azərbaycan xalqını gələcəyə aparan lokomotiv öz müdrik rəhbərinə olan inamdır  

Əziz Ələkbərli: Azərbaycan xalqını gələcəyə aparan lokomotiv öz müdrik rəhbərinə olan inamdır  

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyduqdan sonra xalqa müraciət etdi. Dövlətimizin başçısının bu müraciəti son 4 ildə görülən işlərin hesabatı kimi də xarakterizə oluna bilər. Zəfər bayramı münasibətilə xalqı təbrik edən Müzəffər Ali Baş Komandan bildirdi ki, bu Qələbə heç də asanlıqla başa gəlməyib. Bu şanlı tarixi Azərbaycan xalqı öz qanı və gücü ilə yazıb, bu yolda minlərlə igid övladını qurban verib. Bu yolda şəhadətə yüksəlmiş şəhidlərimizə Allahdan rəhmət diləyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, bundan sonra da xalq, millət olaraq öz gücümüzə inamla, Vətənə sədaqət andımıza sadiq qalaraq mübarizəmizi davam etdirəcəyik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib. O bildirib ki, 30 il işğal altında, düşmən tapdağında qalan əzəli və əbədi yurd yerlərimizin bu vəziyyətdə qalmasına xalqımız dözmürdü və dözə də bilməzdi. “Erməni havadarları hamını inandırmağa çalışırdılar və dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Bununla da, Azərbaycan xalqını təslimçiliyə alışdırmaq, öz torpaqlarından könüllü imtinaya hazırlamaq istəyirdilər. Lakin Ulu Öndər Heydər Əliyevin cızdığı strategiya ardıcıl olaraq həyata keçirilir, xarici siyasətdə və diplomatiya sahəsində bu böyük şəxsiyyətin müəyyən etdiyi prioritetlər qorunurdu. Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə ordu quruculuğunda yeni bir dönəm başladı və özünün qeyd etdiyi kimi, o, hər gün, hər saat müharibəyə – torpaqlarımızın azad olunması yolunda mübarizəyə hazırlaşırdı. Məhz bu mübariz sərkərdənin rəhbərliyi ilə güclü ordu yaradılır, iqtisadi inkişafı təmin edilirdi. Çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkinin böyüklüyü, beynəlxalq tribunalardan haqqımızın qətiyyətlə tələb edilməsi, xalq-iqtidar birliyi, mübariz gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bunun nəticəsi olaraq dövlətimizin başçısının dediyi kimi, cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərib. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.”

"Çox təəssüflər olsun ki, öz xalqının düşməni olan bir sıra erməni siyasətbazları hələ də müəyyən güclərin arxasında gizlənərək revanşist siyasət yürüdür, öz “ağaları”nın diqtəsi ilə yenə də bölgədə fitnə-fəsad yaratmaq üçün münbit şərait gözləyirlər. Lakin onlar unudurlar ki, Azərbaycan xalqı və dövləti 30 il bundan əvvəlki xalq və dövlət deyildir. İndi bizim ən güclü ordularla müqayisə edilə bilən ordumuz, ölümün gözünə dik baxan mərd oğullarımız, ən əsası xalqla iqtidarın birliyini təmin edərək alınmaz qala quran və informasiya müharibəsində təkbaşına döyüşən Müzəffər sərkərdəmiz – Ali Baş Komandan İlham Əliyev kimi müdrik rəhbərimiz var. Onun sözü və əməli arasında fərqin olmadığını dünya birliyi birmənalı şəkildə gördü və qəbul etdi. Onun son sözü isə belədir: “Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir”, - deyə o əlavə edib.

Deputat bildirib ki, Vətən müharibəsinin 44 gününü özündə simvolizə edən, tariximizin qızıl səhifəsinə çevrilən 44 tağlı Zəfər parkının yaradılması xalqımızın və dövlətimizin gələcəyi olan gənc nəslin milli ruhda, vətənpərvərlik ideyaları əsasında yetişməsi baxımından müstəsna əhəmiyyətə malikdir: “Biz Vətən müharibəsində Azərbaycan gəncliyinin xalqa, Vətənə, dövlətə sevgisini, mübarizə əzmini, cəsarətini, şücaətini gördük. Bu, bizdə böyük qürur hissi yaratdı. Biz, eyni zamanda, dövlət tərəfindən atılan addımların nəticəsində vətənpərvərlik ruhunda tərbiyə olunan gəncliyimizin gələcəyinin güvəndə olduğunu gördük, duyduq və yaşadıq. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə sərgilənən eksponatlar Azərbaycana zəfər qazandıran döyüşləri göz önündə canlandırmağa imkan yaradır”.

İcma sədri vurğulayıb: “Prezident İlham Əliyevin açılış nitqinin sonunda söylədiyi “Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır” fikri Azərbaycan xalqı üçün gələcəyə baxış strategiyasıdır, onu nurlu sabahlara aparan lokomotivdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib  

22:25
10 Dekabr

Londondakı Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib  

22:23
10 Dekabr

Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır  

22:22
10 Dekabr

Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib  

22:21
10 Dekabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB  

22:20
10 Dekabr

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib  

22:18
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB 

21:51
10 Dekabr

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:47
10 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!