12 Avqust 2022 01:30
227
İDMAN

Etimadı doğruldurlar

 

Güləşçilərimiz ötən günü 1 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurdular

 

Güləş ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından da ön sıralarda dayanır. Bu, həm tarixi-ənənəvi köklərlə, həm də bu gün ölkəmizdə idmana, o cümlədən güləşə olan münasibətlə bağlıdır. Tarixi kökü olan güləş idman növü Azərbaycanda heç vaxt ənənəsini itirməyib. 
Azərbaycan güləş məktəbinin yetirmələri olan Olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi və ən çox ehtiyat edilən idmançılar sayılırlar. Yəni pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər. Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti dəfə bunun şahidi olduq.
Dünən sərbəst güləş yarışlarında 61 kq çəki dərəcəsində mübarizə aparan İslam Bazarqanov əfqanıstanlı Məhəmməd Səyid Naserini 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Yarımfinala gedən yolda  pakistanlı Məhəmməd Bilala 3:0 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinala yüksəlib. Yarımfinalda iranlı Məcid Dastana 10:0 hesabıyla qalib gələn güləşçimiz finala adlayıb.  Qızıl medal uğrunda özbəkistanlı Cahangirmirzə Turabovla güləşən islam uduzaraq islamiadanı 2-ci yerdə başa vurub.
70 kq çəki dərəcəsində çıxış edən pəhləvanımız Əsgər Məmmədəliyev isə bürünc medal uğrunda güləşdə Tacikistan idmançısı Cəmşid Şərifovla qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız bürünc medala sahib olub.
Komandamızın digər üzvü Hacımurad Ömərov (79 kq) yarımfinal uğrunda döyüşdə özbəkistanlı Arslan Budajapovu sonuncu xal prinsipinə əsasən (4:4) məğlub edərək növbəti mərhələyə adlayıb. Sonrakı mərhələdə uduzan güləşçimiz bürünc medal uğrunda Özbəkistan güləşçisi Mehir Koşkinbayevlə qarşılaşıb. Güləşdən qalib ayrılan təmsilçimiz bürünc medala layiq görülüb. 
Osman Nurmaqomedov (92 kq) dörddəbir finalda tunisli İmed Kaddidiyə 10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Daha sonra uduzan təmsilçimiz 
3-cü yer uğrunda qazaxıstanlı Abdimanap Baigenjeyevlə üz-üzə gəlib. Rəqibini döşəyə çıxmağa peşman edən Osman bürünc medala layiq görülüb. 
Qadınların mübarizəsində 53 kq çəki dərəcəsində mübarizəyə qoşulan Leyla Qurbanova İndoneziya təmsilçisi Çandra Marimaraya "tuşe" ilə qalib gəlib. Finala gedən yolda təmsilçimiz türkiyəli Rahime Arifəyə (10:0) tam üstünlüklə qalib gəlib. Həlledici mərhələdə rəqib özbəkistanlı Aktenqe Keunimjayeva olub. Görüşdən qalib ayrılan Leyla Qurbanova ardıcıl ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 
73 kq çəkidə yarışan Gözəl Zutova tunisli Nour Jeljeliyə (16:5) və kamerunlu Ngiri Nyehə (6:0) qalib gələrək İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib. Həlledici mərhələdə rəqib türkiyəli Buse Çavuşoğlu olub. Döşəkdən məğlub ayrılan idmançımız İslam Həmrəylik Oyunlarını gümüş medalla başa vurub. 
 Tatyana Omelçenko (62 kq) isə özbəkistanlı Nabira Esenbayevanı 12:2 hesabı ilə məğlub edib. Sonrakı görüşlərdə uduzan təmsilçimiz bürünc medal uğrunda indoneziyalı Herlina Xarişma Tantri ilə qarşılaşıb. Rəqibinə böyük üstünlüklə qalib gələn xanım güləşçimiz bürünc medalla kifayətlənib. 
Beləliklə, güləşçilərimiz günü 7 medalla (1 qızıl, 2 gümüş və 4 bürünc) başa vurublar. Ümumilikdə isə, güləşçilərimizin hesabında 13 medal (4 qızıl, 4 gümüş və 5 bürünc) var. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video