29 Sentyabr 2022 00:51
304
SİYASƏT
A- A+

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın təkliflərini qəbul etməsindən başqa yolu yoxdur

 

Şəhidlik mənəvi böyüklükdür. İlahi sevgi, Allaha bağlılıqdır. Bir də bitib-tükənməyən Vətən sevgisidir.  Vətənə sədaqət, dövlətə inam deməkdir.
Şəhidlər içlərində ölümü öldürərək, qorxunu yenərək, dünyəvi hisslərə qalib gələrək şəhadətə yüksələ bilən qəhrəmanlardır. Yalnız vətəni canından, vətən sevgisini yar sevgisindən, torpağı ana qucağından üstün tutanlar şəhidlik yolunu seçə bilirlər.  
Bir gözümüz ağladı, bir gözümüz güldü. Yenə düşmən təxribatı, yenə qan-qada... 30 il müstəqilliyimizi istəməyən, iqtisadi inkişafımızı gözü götürməyən qüvvələr ölkəmizi müharibəyə cəlb etdilər. Əvvəllər istədiklərinə müvəqqəti də olsa nail olan, torpaqlarımızı işğal edib, əhalimizi dədə-baba yurdlarından dərbədər salan ermənilər  anlamadılar ki, bir gün bunun hesabını verəcəklər. 
Dişi qana batmış düşmən müvəqqəti qələbəsindən ruhlanaraq daha da azğınlaşmağa başlamışdı. Yeni torpaq iddiaları, hər gün atəşkəsi pozmaları adət halını almışdı... Sülh danışıqları, beynəlxalq təşkilatların vasitəçilik missiyası acı bağırsaq kimi uzanırdı... Düşmən Azərbaycan Ordusunun gücünü görməzdən gəlirdi. Amma hər şeyin bir sərhədi, bir sonu olur. Nəhayət, 2020-ci ilin 27 sentyabrı erməni azğınlığının sonunu yetirdi. Yeni ərazi işğal etmək niyyətinə düşmüş düşmənin dişləri elə ilk andaca qırıldı. Qüdrətli Azərbaycan Ordusu düşmənin başına od ələyərək əks-hücum əməlyyatına başladı.  30 ildə qurduqları istehkamlar, işğal etdikləri ərazilər erməni ordusuna əsl məzar oldu. Ən müasir silahlarla silahlanıb, təlim görmüş azərbaycan əsgərinin əks-hücum əməliyyatı bu dəfə olduqca amansız oldu. Ordumuzun qarşısında düruş gətirə bilməyəcəyini anlayan duşmən silah-sursatını atıb qaçmağa başladı. Düşmən qarşımızda aman diləmək, yalvarmaq, diz çökmək məcburiyyətində qaldı. Qüdrətli Azərbaycan Ordusunun gücü, Azərbaycan əsgərinin döyüş əzmi, Azərbaycan Prezidentinin qətiyyəti onları buna məcbur etdi.
Hiyləgərlik, yaltaqlıq ermənilərin xislətindədir. 44 günlük müharibədə  rəzil  günə düşmüş Ermənistan rəhbərliyi Azərbaycan Ordusuna silahla, güclə qalib gələ bilməyəcəyini anladı. Ermənilərin döymədiyi qapı qalmadı... Nəhayət, Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə 10 noyabrda üçtərəfli Bəyanat imzalandı. Ermənistan rəhbərliyi bu bəyanatı imzalamaqla qütdrətli Azərbaycan Ordusunun qarşısından qaçıb rəzil duruma düşmüş hərbçilərini tamamilə məhv olmaqdan xilas etdi... Bunu müxtəlif zamanlarda, müxtəlif kürsülərdən Ermənistanın baş naziri Nikol Paşinyan etiraf etdi.
Təəssüf ki, sonradan Ermənistan rəhbərliyi xoş niyyətimizi dəyərləndirmədi.  Üçtərəfli Bəyanatdan irəli gələn şərtləri yerinə yetirməkdənsə erməni məkrinə əl atdı. Az bir vaxtda danışıqlarda yenə səmimi olmadıqları, erməni xisləti özünü göstərdi. Onlar sülh danışıqları getdiyi bir vaxtda revanş götürmək niyyətinə düşdülər. Sərhədimizə yenidən qoşun toplayıb xaincəsinə torpaqlarımıza basqın etdilər. Anlamadılar ki, yenidən qan tökməklə heç nəyə nail ola bilməyəcəklər. Məqsədləri bu dəfə müharibəni Ermənistan ərazisinə keçirib dünyanı,  KTMT-yə üzv olan dövlətləri üstümüzə qaldırmaq idi. Amma bu dəfə də ermənilər öz oyunlarına özləri düşdülər. Sərhəddə cəmlədikləri canlı qüvvə, döyüş texnikası, qurduqları istehkamlar  ordumuz tərəfindən darmadağın edildi. İqtisadi cəhətdən yoxsulluğun məngənəsində çırpınan Ermənistana yenidən külli miqdarda maddi ziyan dəydi. Digər tərəfdən də, Ermənistan hərbi-siyasi rəhbərliyi üzv olduqları KTMT-dən gözlədiyi dəstəyi ala bilmədi, geriyə əliboş döndü. 
Bəzən düşünürsən ki, sanki bu təxribat özünü yazıq göstərib ağlamaq, böyük dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların qapısını döyüb yalvarmaq, gözyaşı axıtmaq üçün Ermənistan rəhbərliyinə lazımdır. Ermənistan həmişə özgənin, havadarlarının gücünə arxalanıb. Anlamaq istəməyiblər ki, özgəyə ümid edən şamsız qalar... Necə ki, Ermənistan rəhbərliyi öz ölkəsini salıb çıxılmaz duruma. Ermənistanın ağır vəziyyətdən yeganə çıxış yolu Azərbaycan rəhbərinin onlara təklif etdiyi 5 bəndlik sülh sazişinə əməl etməkdir. Başqa çarəsi yoxdur. Nə qədər ki, bu gerçəkliyi  anlamayacaqlar, erməni analarının gözü yaşlı qalacaq. 
Ermənistan gec-tez dərk etməlidir ki, Azərbaycan sərhədlərini qanı ilə tarix yazan qüdrətli Azərbaycan Ordusu qoruyur. O ordu ki, 30 illik zülmü 44 gündə aradan qaldırıb. O ordu ki, əsgərləri Vətən üçün şəhid olmağı hər zaman özlərinə şərəf sayıblar.

Elşən QƏNİYEV,
"Azərbaycan" 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video