17 Avqust 2022 11:15
636
DÜNYA
A- A+

Ermənistanda iki günlük matəm başlayıb

 

İrəvan yaxınlığındakı “Surmalu” ticarət mərkəzində partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Ermənistanda iki günlük matəm başlayıb. Ölkədə matəm elan olunması barədə qərarı baş nazir Nikol Paşinyan imzalayıb.

AZƏRTAC “Sputnik Armeniya” saytına istinadla xəbər verir ki, səhər saatlarında dövlət müəssisələri üzərindəki bayraqlar endirilib. Ölkədə bütün bayram tədbirləri ləğv olunub, telekanallarda əyləncəli proqramların yayımı dayandırılıb.

“Surmalu” topdansatış ticarət mərkəzinin ərazisində axtarış-xilasetmə işləri gecə boyu davam etdirilib.

Son məlumata görə, avqustun 14-də baş vermiş partlayış və yanğın nəticəsində 16 nəfər ölüb, daha iki nəfər itkin düşmüş hesab olunur. Ölənlər arasında hamilə qadın və dörd yaşlı uşaq da var.

Ermənistan prokurorluğunun xüsusilə ağır cinayətlər üzrə istintaq idarəsi partlayışla bağlı cinayət işi açıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video