13 Yanvar 2023 10:51
585
Mədəniyyət
A- A+

Erməni millətçiləri tərəfindən dağıdılan abidə - Damcılı məbədi

 

İndiki Ermənistan ərazilərində nəinki İslam dövrü abidələri, eləcə də xristianlıq dövrünə qədər və xristianlıq dövrü abidələri də kütləvi şəkildə məhv edilir. Ermənistanın müstəqillik dövründə aktuallaşan vandalizm aktları, bu günümüzə qədər davam etməkdədir. Ermənilərə aid olmayan bütün mədəni irs nümunələri onlar tərəfindən ya dağıdılır ya da forması dəyişdirilərək mənimsənilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov söyləyib. O bildirib ki, erməni vandalizminə uğradılan, dağıdılan abidələrdən biri də Damcılı kəndindəki Alban dövrü məbədidir. Abidə erməni millətçiləri tərəfindən dağıdılaraq tam yararsız hala salınıb.

Damcılı məbədinin qalıqları, indiki Ermənistan Respublikasının Aparan (Abaran) rayonunun Damcılı (Mravyan) kəndindədir. Ermənilər Damcılı kəndinin adını 1935-ci ildə Mravyan, 1991-ci ildə isə dəyişərək Eqipatruş adlandırıblar. Min illik tarixi olan Damcılı kəndinin əhalisi azəri türklərindən ibarət olub. 1988-ci ildə azərbaycanlılara qarşı tətbiq olunan etnik təmizləmədən sonra kənddə bir nəfər də olsun azəri türkü qalmayıb.

Damcılı kəndi mahal mərkəzindən 27 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Aparan şəhərindən 15 kilometr cənubda, Aparan su anbarının cənub-şərqində, İrəvan-Aparan magistral yolundan 10 kilometr sağ tərəfdə yerləşir. Kəndin sol tərəfində sovet arxeoloqları min illik tarixi olan qədim şəhər qalıqları aşkar etmişdilər. Arxeoloji qazıntılar zamanı kəndin ərazisindən eramızdan əvvəl III-II minilliklərə aid bəzək əşyaları, saxsı damğalar tapılmışdı. Kənddə IV-V əsrlərə aid Alban dövrü memarlığının unikal nümunələrindən olan monastr da mövcud olub. Lakin 1980-1988-ci illərdə Ermənistanda baş qaldıran şovinist millətçilər tərəfindən kəndin bütün əhalisi deportasiya edilib, kənddə türk xalqının izini silmək üçün tarix və mədəniyyət abidələri dağıdılıb, bir çox bədii daş nümunələri və daş kitabələr məhv edilib, bina və qurğular uçurdularaq yararsız hala salınıb. Damcılı məbədi də azərbaycanlıların qovulduğu dövrdə uçurdularaq yararsız hala salınmışdı.

1991-ci ildə Damcılı kəndində erməni əsilli insanlar məskunlaşdırıldı. Kənd yenidən tikilib müasirləşdirilsə də, kənddəki mədəni dəyərlərinin bərpasına Ermənistan hökuməti tərəfindən icazə verilmədi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video